Hyundai Azərbaycan bazarına yenilənmiş ELANTRA çıxarır
(®) İnnovativ trendlərin avtomobil dünyasına keyfiyyətli tətbiqi ilə seçilən Hyundai yenilənmiş Hyundai Elantra modelini Azərbaycan bazarına təqdim edir.
Yenilənmiş Hyundai Elantra sinfində eksklüziv dizaynı, unikal komfortu ilə diqqət çəkir və əvvəlkindən fərqli olaraq daha aqressiv, xarizmatik görünüşə malikdir.
Dizaynerlər tərəfindən qarşı bamperdə havalandırma boşluqları və işıq diodları üçün seçilmiş uyğun mövqe Hyundai Elantra-ya özünəməxsus xarakter olan aqressivlik qazandırır.
Avtomobildə ön və arxa fənərlər son standartlar nəzərə alınaraq yenidən dizayn edilib. Xrom qatı ilə örtülmüş incə horizontal xətlər üst hissədən fənərlərlə, aşağı istiqamətdən isə radiator barmaqlığı ilə birləşərək yeni harmonik kompazisiya yaradır. Arxa bamperdəki özəlliklər isə avtomobilin idman imicini qüvvətləndirir.
Ön fənərlərə xüsusi tətbiq edilmiş ksenonlar uyğun bucaq altında saçaraq avtomobilin önünü və yan tərəflərini düzgün işıqlandırır və yenilənmiş Elantra-nın gecə imicinə özünəməxsusluq qazandırır. Avtomobilin əhəmiyyətli dərəcədə yenilik qazanmış ön hissəsindəki daha bir diqqətçəkən məqam fənərlərin altındakı vertikal kəsimlərdir ki, onlar da həmçinin əyləc sisteminin soyudulmasına xidmət edir.
Hyundai dizaynerlərinin konstruksiyanın sərtliyinə uyğun standartları tətbiq edərək qazandıqları nailiyyət metalın keyfiyyətini artırır. Bu təkmilləşdirmənin komfortun keyfiyyətinə mənfi təsiri sıfır səviyyəsindədir. Avtomobilin hərəkətinin daha axıcı və dəqiq olmasına hesablanan bu innovativ tətbiqlər eyni zamanda təhlükəsizliyin təminatını artırır.
Yenilənmiş Hyundai Elantra malik olduğu aparıcı texnologiyalar sayəsində ani və avtomobilin həcminə hesablanmış həssas əyləc sistemi, öz sinfində eksklüziv olan oturacaqqızdırıcı funksiyanın unikallığı ilə diqqət çəkir.
İnteryerdəki multimedia elementlərinin bolluğu və ahəngdarlığı ağıllı köməkçilərin sayının artmasına, idarəetmə prosesinin həzzə çevrilməsinə xidmət edir.
Ətraflı məlumat üçün ünvan: www.hyundai.az
Əlaqə nömrəsi: (012) 989
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
12 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
12 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)






