Hesab.az qazandıran kampaniyalar ilə ilklərə imza atmağa davam edir
(®) Hesab.az hər zaman fərqli və müxtəlif kampaniyalar həyata keçirərək istifadəçilərinə ödəniş etmək üçün daha bir səbəb vermiş olur. Onlayn sahələrin inkişaf etdiyi dövrdə Hesab.az mövcud bazar şəraitində üstünlüyünü qoruyub və öndə olmağa davam edir.
Hesab.az-ın rahatlığı, təhlükəsizliyi, sürətliliyi sayəsində hər gün yeni istifadəçilərinin sayı dayanmadan artır. Hesab.az öz 400.000-ci istifadəçisinə dəyərli mobil telefon hədiyyə edib.
Bu uğur Hesab.az komandasına daha da stimul vermiş, gələcək layihələrində həvəsləndirmiş oldu.
Mütəmadi olaraq təhsil ilə bağlı böyük layihələrdə, sosial- məsuliyyətlilik tədbirlərində iştirak etməklə cəmiyyətin inkişafına töhvə vermiş olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan "Golden Pay" şirkəti SABAH tələbələri üçün xüsusi təqaüd ayırıb. 70-dən çox tələbə arasından 3 nəfər təqaüdə layiq görülüb və 2018-2019 -ci il tarixlərində aylıq 150 AZN təqaüdlə təmin olunacaqlar.
Hesab.az-ın "Rabitə Bank" və "Optimal Electroniks" ilə öz müştərilərinə sərfəli kredit şərtləri ilə mobil telefon alınması layihəsinin hazırkı nəticələri gözləntiləri üstələməyi bacarıb.
Bundan əlavə ölkənin ilk Mobil operatoru "Bakcell" şirkəti ilə birgə təqdim olunan kampaniyada siz Hesab.az saytı vasitəsi ilə balansınızı avtomatik şəkildə artıra biləcəksiniz və ilk istifadədə 300MB qazanacaqsınız. Belə ki, Hesab.az vasitəsi ilə balansınız siz təyin etdiyiniz tarix aralığında qeyd etdiyiniz məbləğə qədər azalan zaman öncədən təyin etdiyiniz məbləğ qədər balansınız yenidən avtomatik şəkildə artırılacaq.
İlin yeni başlamasına baxmayaraq Hesab.az platformasında yeniliklər bitmir. Siz istənilən yerdə və şəraitdə artıq Hesab.az-la İcbari Avtomobil sığortanızı ala və digər bütün sığorta ödənişlərinizi rahat şəkildə ödəyə bilərsiniz.
Daxili kampaniyalar və yeniliklərdən əlavə Hesab.az-ın mövcud sosial şəbəkədəki kanallarında da daimi olaraq kampaniyalar haqqında öncədən məlumat ala və müxtəlif dəyərli hədiyyələr qazanacağınız müsabiqələrdə iştirak edə bilərsiniz.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 8 d. əvvəl
-
27 d. əvvəl
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
2 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Həyat sığortası yığımlarda liderdir
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb







.jpg)









.jpg)






