“Qala Həyat” ötən ildə mövqeyini daha da gücləndirib - HESABAT
Azərbaycanın həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” sığorta şirkəti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, tətbiq edilmiş duzgün strategiya nəticəsində şirkət əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də öz mövqeyini daha da gücləndirərək ili uğurla başa vurub.
Ötən il ərzində şirkətin peşəkar komandanın uğurlu fəaliyyəti nəticəsində portfelin sağlamlaşdırılması prosesi uğurla davam etdirib.
Nəticə etibarı ilə, sığorta portfelində icbari və həyatın ölüm halından sığortası növünün payı genişlənib. Belə ki, ötən ildə icbarı növ üzrə satışın həcmi 12,6%, həyatın ölüm halından sığortası növü üzrə isə 10%-dək artmışdır. Ümumilikdə isə peşəkar komanda tərəfindən ötən ildə fərdi və korporativ müştərilər üzrə 16 mln. manatadək sığorta haqqı yığılmış, 12 mln. manatdan çox sığorta ödənişi verilmişdir. Bununla da, 2018-ci ili hədəflərə uğurla çatmaq kimi qeyd etmək olar.
Bununla yanaşı, şirkət ötən il ərzində Azərbaycan iqtisadiyyatına, o cümlədən sığorta bazarının inkişafına öz mühüm töhfəsini verərək bazarın qabaqcıl həyat sığortası şirkətləri sırasında qərarlaşıb. Göstərdiyi yüskək və keyfiyyətli sığorta xidmətlərinə görə müştəri məmnuniyyəti qazanan, yüksək inkişaf meyllərini daim davam etdirən “Qala Həyat” 2018-ci ildə korporativ dəyərlərə malik maliyyə qurumu imicini də qazanıb. Ötən ilin sonunda “Qala Həyat” şirkətinə “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə təqdim olunmuş beynəlxalq mükafat şirkətin bazara olan dəstəyini bir daha sübut edib. Şirkət ötən il ərzində bir neçə sosial aksiya, eləcə də sinerji proqramı çəçivəsində bir sıra tədbirlər həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 48 d. əvvəl
-
48 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
















.jpg)



