Bakıda yeni kovörkinq məkanı istifadəyə verildi - YER GÖTÜR VƏ İŞLƏ
COLAB. adlanan kovörkinq mərkəzləri şəbəkəsi yeni kovörkinq məkanını istifadəyə verib.
Bakının biznes əhəmiyyətli bölgəsində – Time Business Mərkəzinin daxilində 1000 kv. metrə qədər ərazini əhatə edən bu kovörkinq məkanı COLAB.-ın paytaxtımızda növbəti mərkəzidir.
Yeni mərkəzin açılış mərasimində COLAB. üzvləri, sahibkarlar, iş adamları, media nümayəndələri və mərkəzdən istifadə etmək arzusunda olan qonaqlar iştirak edirib. Açılış mərasimi zamanı qonaqlara mərkəz və xidmətlər haqqında məlumat verilib.
Bildiyimiz kimi, COLAB. kovörkinq mərkəzi individuallar və ya komandalar tərəfindən ümumi istifadədə olan ofis məkanıdır. Kovörkinq mərkəzində fəaliyyət göstərən şəxslər və ya komanda heyətləri ayrı-ayrı fəaliyyətlər ilə məşğul olsalar da, bir çox ortaq maraqlara sahibdirlər.
COLAB. kovörkinq mərkəzində yerləşməyin bir çox üstün tərəfləri var: icarə şərtləri olduqca sadədir, saatlıq, günlük və ya aylıq əsasla istifadə imkanları vardır, icarə adətən iştirakçı sayına görə hesablandığı üçün kiçik heyətlər üçün olduqca sərfəlidir, iş məkanı istifadəyə tam hazır, lazımi avadanlıqlar ilə təhciz edilmiş şəkildə təklif edilir.
COLAB. büdcəsinə qənaət etməklə yanaşı, iş məkanının prestijinə və komfortuna xüsusi diqqət yetirən fərdi fəaliyyət göstərən şəxslər, layihə qrupları və kiçik heyətli şirkətlər üçün arzuları əlçatan edir. İstənilən şəxs yalnız komputerini gətirməklə əsrarəngiz COLAB. iş mərkəzlərinin təklif etdiyi müxtəlif üzvlük paketlərindən və onlara daxil olan xidmətlərdən faydalana bilər.
Yeni istifadəyə verilən COLAB. kovörkinq mərkəzi genişliyi, gözoxşayan interyeri, rahatlığı və professional üslubu ilə fərqlənir. Mərkəz ümumilikdə üç hissədən: ümumi iş zallarından, şirkət heyətləri üçün ayrıca butik ofislərdən və görüşlərin keçirilməsi üçün geniş və izolyasiya olunmuş konfrans otaqlarından ibarətdir. Burada işdən müvəqqəti ayrılaraq dincəlmək, həmkarlar və ya digər üzvlər ilə şəbəkələşmək üçün ümumi istifadədə olan istirahət məkanları da nəzərdə tutulub. Mərkəz sürətli internet, resepşn, təhlükəsizlik kimi bir çox xidmətlər ilə təchiz edilib.
COLAB.-ın biznesin inkişafı üzrə meneceri Ayşan Quliyeva qeyd edib ki, COLAB. dünyanın qabaqcıl şirkətlərinin ofislərinə xas standartları: yüksək infrastruktur, rahat interyer və s. özündə birləşdirir.
“Bütün COLAB. mərkəzlərinin erqonomikliyinə və üzvlərinin komfortuna xüsusi fikir verilir, daxili interyerdə dünyanın ən qabaqcıl mebel və dekorativ məhsullarından istifadə edilir. Bu da öz növbəsində mərkəzin istifadəçilərinin məhsuldar və effektiv çalışmasına töhfə verir”.
Qeyd edək ki, COLAB. ilk kovörkinq mərkəzi 2016-cı ildə məşhur Port Baku kompleksində istifadəyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
-
28 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
12 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
12 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
16 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?






























