""Azersun” “Qarabağ” klubundan imtina edəcək" iddialarına münasibət
"Azersun Holding”in “Qarabağ”a sponsorluqdan imtina edəcəyi ilə bağlı iddialara klubdan münasibət bildirilib.
Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl açıqlamasında bu yöndə çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.
“Azersun Holding” ən böyük böhranların baş verdiyi vaxt “Qarabağ”ın büdcəsini azaltmadı və bu gün də belə bir şey yoxdur. Bu cür xəbərlərin hansı səbəbdən çıxdığını deyə bilmərəm, lakin qətiyyən həqiqəti əks etdirmir. Klub prezindeti Abdolbari Goozal ilə vitse-prezident Tahir Goozal hər zaman komanda ilə maraqlanırlar və heç bir çatışmazlığın olmamasını bizə tapşırıblar” deyə o, vurğulayıb.
Qeyd edək ki, “Azersun Holding” 2001-ci ildən “Qarabağ”a sponsorluq edir. Komanda bu müddətdə 5 dəfə çempionluq və eyni sayda ölkə kuboku qazanıb. Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
20 saat əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
1 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
1 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
- 1 gün əvvəl