Dam örtüklərində innovasiya: "Prometal Pural" - QİYMƏTİ 2 DƏFƏ UCUZDUR
(®) Azərbaycanın "Prometal" şirkəti xarici tərəfdaşları ilə birgə araşdırma və inkişaf proqramların davam etdirərək istehsalda innovasiyalar etməkdə davam edir.
Şirkətin əsas məqsədi yerli hava şəraitinə uyğun uzun müddət istifadə oluna biləcək dam örtüyü, yağış suyu sistemləri, sandviç panel və fasad materialları təqdim etməkdir. Yeni materialların istehsalı zamanı ölkəmizin günəşli olmaqla yanaşı, eyni zamanda paytaxtın küləkli olması, dənizə yaxın ərazilərdə duzluluğun çox olması, dağlıq ərazilərdə yağıntıların çox olması nəzərə alınmalıdır. Bu faktorları araşdıraraq, "Prometal" şirkəti "AkzoNobel" şirkəti ilə birgə “Prometal Pural” polimer örtüklü dəmir istehsalına başlamışdır.
BOYASI 30 İL SOLMUR VƏ ÇÜRÜMÜR
Premium klass sinfinə daxil olan ‘’Prometal Pural’’ polimer örtüklü dəmir, "Prometal" zavodunun yeni və tələbatlı məhsuludur. Məhsulun istehsalı zamanı poliuretan əsaslı boyadan istifadə olunur ki, bu da məhsulu 30 il müddətində boya solmasından, korroziyadan və mexaniki təsirlərdən qoruyur. Prometal Pural 0.45 mm dəmir, 140 qr/m2 qalvaniz örtük, 8 mikron astar poliester qat və 30 mikron poliuretan qatına malikdir. İstehsal, daşıma və quraşdırma zamanı mexaniki təsirlərə davamlı olması məhsulun istifadəsini daha da uzunmüddətli edir. Məhsulun tərkibinə daxil olan keyfiyyətli piqmentlər boya sabitliyini qoruyur və məhsulun keyfiyyətini davamlı edir. Polimer qatının elastikliyi kəskin temperatur dəyişmələri zamanı belə məhsulun üzərində çatlar yaranmasının qarşısını alır və ovulma prosesi getmir. Prometal zavodunun istehsal etdiyi bütün məhsullar müvafiq EN standartlarına uyğun mexaniki, kimyəvi və spektrofotometrik testlərdən keçir.
QİYMƏTİ 2 DƏFƏ UCUZDUR
"Prometal Pural" boyalı dəmirindən hazırlanan dam örtükləri və fasad materialları həm günəşə, həm küləyə, həm yağıntılara və həm də duzluluğa davamlı olduğu üçün ölkəmizin bütün reqionlarında rahatlıqla istifadə oluna bilər. Bir sözlə Prometal şirkətinin yeni məhsulu ölkəmizin bütün növ hava şəraitin nəzərə alaraq istehsal olunmuş və əminliklə istifadə oluna bilən yeganə universal dayanıqlı məhsuldur. Bu məhsul İsveç və Finlandiyada istehsal olunan analoqlarından heç də geri qalmasa da, qiyməti 2 dəfə ucuzdur.
Tel: *9393
Ünvan: Bakı şəhəri, Ziya Bünyadov 122a.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
51 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Ən çox oxunanlar
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu - FOTOLAR
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib






















