Dünyanın ən iri sərnişin təyyarəsinin istehsalı dayandırılır
Avropanın aparıcı sərnişin təyyarəsi istehsalçısı “Airbus” şirkəti "A380” modellərinin istehsalını dayandıracaq.
Bu barədə şirkətin baş direktoru Tom Enders məlumat verib.
Onun sözlərinə görə, bu təyyarələrin istehsalı üçün heç bir əsas qalmayıb.
"Artıq “Emirates” aviaşirkəti "Airbus A380"lər üçün sifariş portfelini 162-dən 123-ə endirməyi planlaşdırır. Yaxın 2 il ərzində ərəblər 14 “Airbus A380” təyyarəsi təhvil alacaqlar", - deyə baş direktor qeyd edib.
2018-ci ilin noyabr ayına qədər “Airbus” 232 ədəd “A380” avialayneri istehsal edib. Onlar “Singapore Airlines”, “Air France”, “Lufthansa”, “British Airways” və “Qatar Airways” kimi 15 aviaşirkətin parkında istismar edilirlər.
“Airbus А380” seriya ilə istehsal edilən dünyada ən iri avialaynerdir. Onun hündürlüyü 24,08 metr, uzunluğu 72,75 metr, qanadının uzunluğu 79,75 metr təşkil edir. Təyyarə üç sinif salona malikdir, bir dəfəyə 15 400 kilometr məsafədə uçuşlar həyata keçirə bilir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)



