Azərbaycanın ən uğursuz İT layihələri
İnformasiya texnologiyaları (İT) sahəsində tanınmış ekspert Osman Gündüz Azərbaycanın ən uğursuz İT layihələrini sıralayıb.
“Marja” xəbər verir ki, ekspert Facebook səhifəsində yazıb:
“Son dövrlərdə ölkənin İT sektoru əvvəlki illərlə müqayisədə xeyli genişlənib. İKT sektorunda xidmət və ticarət sferaları, eyni zamanda İT istehsal sahəsində irəliləyişlər var. Ciddi uğur qazanan İT layihələrimiz var. Qlobala çıxan layihələrimiz də yavaş -yavaş formalaşır.
Bununla belə hədsiz böyük vəsaitlərin qarşılığında uğursuzları da olub.
Son günlər özümüzün milli sosial şəbəkəmizin yaradılmasının vacibliyini bildirənlər uğursuz layihələri bir daha mənə xatırlatmış oldu
Ümumiyyətlə, son 25 ildə ölkədə İT-nin inkişaf tarixi gözümün qarşısında olduğundan ən uğursuz layihələrin də bir neçəsini yada salıram:
1. SCADA. Ölkə üzrə bütün enerji sektorunu avtomatik rejimdə dispetçer məntəqələrindən idarə etməyə imkan verən informasiya sistemi, 58 milyon dollar 2011-də “Azərenerji”yə təhvil verilib. 2018-ci ildə baş verən enerji qəzasında sistem işləməyib. Hazırda yeni sistem üzərində iş aparılır
2. Yumroo.az milli sosial şəbəkə layihəsi. Rabitə və İT Nazirliyi dəstəkləyirdi, 2 - 3 mln. manat ayrıldığı bildirilirdi. 2009-cu ildə start verilmişdi. 2010-da iflas oldu. İndi yeni milli sosial şəbəkə üçün yeni təşəbbüslər edilir.
3. KÜR Kompüter zavodu. Təsisçiləri RİTN, “Teleradio” istehsal birliyi və “Sinam” şirkəti olub. 2008-ci ildə qurulub. İstehsal etdiyi kompüterlər keyfiyyətsiz olduğundan hazırda məktəblərdə və bəzi dövlət qurumlarında anbarlardadır. 2015-də iflas oldu. Hazırda onun bazasında Htech Invest şirkəti qururlub və Acer markası altında avadanlıqlar istehsal olunur.
4. “Elektron məktəb və təhsilin elektron idarəedilməsi” sistemi. Təhsil Nazirliyinin sifarişi ilə ULTRA şirkəti Rumıniyadan almışdı, 20 milyon manat ayrıldığı bildirilirdi. 2007-ci illərdə start verilib.
Proqram təminatının ilkin kodları alınmadığından, update mümkün olmadığından hazıda yeni sistem üzərində işlər aparılır.
5. Nəqliyyatın İntellektual İdarətmə Sistemi. 100 milyon manat 2011- ci ildə Nəqliyyat Nazirliyi Cənubi Koreya şirkətinə hazırlatmışdı. Qarşıya qoyulan vəzifələrin heç birisini reallaşdıra bilmədi və qısa müddətdə iflas oldu.
Hazırda cavabdeh qurum olaraq BNA bu istiqamətdə hansı işlərin görüləcəyini bildirməyib.
6. Siyahının sonunu yaxşıları ilə bitirmək istərdim. Elə İT layihələr də olub ki, ilkin versiyası uğursuz olsa da sonradan həm yerli, həm də beynəlxalq resursları cəlb etməklə, yenidən ciddi resurslar və əmək sərf etməklə onları dirçəltmək və uğurlu etmək olub. Məsələn, MİDA, eGov və s.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 36 d. əvvəl
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Dolların və neftin ucuzlaşması qızılın bahalaşmasına səbəb oldu
-
1 saat əvvəl
ABŞ-dən İrana 15 maddəlik plan: nüvə proqramının dayandırılması və sanksiyaların ləğvi təklif olunur
-
3 saat əvvəl
Tramp: İranla razılaşdıq, heç vaxt nüvə silahına sahib olmayacaq.
-
5 saat əvvəl
Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər son 4 ilin ən yüksək səviyyəsinə çatıb
-
15 saat əvvəl
Geely Group satışlarda rəqiblərini geridə qoyaraq liderliyini təsdiqləyir
- 16 saat əvvəl
-
23 saat əvvəl
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
- 1 gün əvvəl
- 4 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Eczacıbaşı “Selpak” brendini satır
Qlobal neft bazarlarında kəskin ucuzlaşma
Dolların və neftin ucuzlaşması qızılın bahalaşmasına səbəb oldu
Tramp: İranla razılaşdıq, heç vaxt nüvə silahına sahib olmayacaq.
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
Aqrar sığorta zərfinə yeni bitkilərin əlavə ediləcək – MÜSAHİBƏ
Hacıqabul rayonunda ilk dəfə Quşçuluq Festivalı keçirilib
Rusiya uçot dərəcəsini 15 faizə endirdi
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin olunub
Xalq Bankdan Novruza özəl endirim təklifi
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!

















