"BirBank" istifadəçilərinin sayı 400 000-i keçdi
(®) Onlayn əməliyyatlara və yeni texnologiyalara üstünlük verən 400 000 nəfərdən artıq istifadəçi, Kapital Bank-ın BirBank tətbiqini App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
2018-ci ilin əvvəlində istifadəyə verilən tətbiq üçün bu göstəricilər olduqca yüksək hesab olunur. Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.
İstifadəçilər 1 dəqiqə vaxt sərf edərək, istənilən ödəniş kartı ilə onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə yalnız Kapital Bank-ın ödəniş kartlarını deyil, digər bankların kartlarını da əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s.
Bundan əlavə, BirBank-ın telefon kitabçasında olan, tətbiqi yükləyən digər istifadəçiyə pul göndərmək və ya ondan pul qəbul etmək kimi funksiyaları da mövcuddur. Yeni tətbiqdə Kapital Bank-ın yaxınlıqda olan filial və ATM-lərini tapmaq, kredit və ya zəng sifarişi və valyuta məzənnələrini izləmək mümkündür.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
-
14 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda daha bir aqropark yaradılıb
Ən çox oxunanlar
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir







.jpg)







.jpg)




