Dollar kreditlərinin həlli ilə bağlı hansı təkliflər verilmişdi?
Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib.
2015-ci ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edilmişdi.
ÜÇTƏRƏFLİ MEXANİZM TƏKLİFİ
Mərkəzin rəhbəri Vüqar Bayramov bildirib ki, əvvəla, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada fərqin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulub:
"Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında - müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik".
"1000 DOLLARADƏK OLAN BORCLAR SİLİNSİN"
Millət vəkilləri Əli Məsimli və Vahid Əhmədov kredit problemi ilə əlaqədar olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə qanun layihəsi təqdim etmişdilər.
2016-cı ildə Əli Məsimli sözügedən qanun layihəsinin məzmunu və mahiyyəti haqqında məlumat verərək bildirmişdi ki, problemi kreditləri həll etmək üçün dördbucaqlı variant təklif edilir:
“Bildiyiniz kimi buna qədər dollar-manat münasibəti 78 qəpik idi, sonra 1 manat 05, daha sonra 1 manat 55 qəpik oldu. Hazırda 1 manat 50 qəpik civarındadır. Bizim fikrimizcə, dördbucaqlı variantda əhalinin bir hissəsi aldığı krediti 1.05 manatla ödəməlidir. İkinci tərəf Milli Bankdır. Üçüncüsü kommersiya, dördüncüsü isə dövlətdir.
Bu dördbucaq sistem əsasında risklər ədalətlə bölünsə, problemin həlli sürətlənə bilər. Konkretliyə gəldikdə hesab edirik ki, əgər kiminsə banka min dollar borcu varsa, həmin insan vəfat edib və ya ağır duruma düşübsə, ona zamin duran şəxsləri incitmək və təzyiqlər göstərmək artıqdır. Çünki zamin duranların özləri də indi yaxşı durumda deyil.
Ona görə də, ağır durumda olan və min dollar borcu olanların borcunun bağlanmasını doğru hesab edirik. Bizim təklifimizdə 5 və ya 10 min manat banka borcu olanların borcunun 1 dollara nisbətdə 1 manat 05 qəpik civarında hesablanması təklif edilir. Burada həm əhalinin, həm kredit verən bankların, həm Milli Bankın, həm də dövlətin üzərinə yük düşməklə problemin həlli modeli irəli sürülür.
Nisbətən iri kreditlərdə isə biz fərqli model təklif edirik. Daha doğrusu, hesab edirik ki, bu kreditlərin 1 dolların 1 manat 05 qəpiklə 1 manat 55 qəpik arasında olan yuvarlaq rəqəmə, məsələn 1 dollara nisbətdə 1 manat 25 qəpik ekvivalenti ödənilməsi ola bilər. Bu halda bankların sağlamlaşdırılması proqramı həyata keçirilən zaman müəyyən analizlər aparıla, mümkünsə, güzəştlərdə iştirak edən banklar vergidən azad edilə bilər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 49 d. əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
3 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb





















.jpg)

