“A-Group” birinci, “AzərSığorta” sonuncu yeri tutub - SIĞORTA ŞİRKƏTLƏRİNİN REYTİNQİ
“Profam” şirkətinə məxsus İnsure.az onlayn sığorta portalı sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqinin yanvar və fevral ayı üçün olan nəticələrini açıqlayıb.
Reytinq cədvəli daha əvvəllər paylaşılmış sığortaçıların reytinq cədvəlindən kəskin şəkildə fərqlənmir. Belə ki, əvvəllər olduğu kimi cədvəldə birinci və sonuncu yerlər dəyişilməz olaraq qalıb. Yenidən “A-Group Sığorta” cədvəlin ən yüksək və “AzərSığorta” isə sonuncu pilləsində qərar tutub.
Portalın hazırladığı reytinq cədvəlinə görə, “A-Group Sığorta” şirkəti fevral ayı ərzində də müştərilərin rəğbətini tam olaraq qazanmış şirkət kimi 32 balla cədvələ liderlik edir. Burada 31 balla onu izləyən “Atəşgah Sığorta” isə cədvəlin ikinci pilləsində mövqe tutub. Cədvəldə üçüncü və dördüncü yerlərdə 6 və 4 balla müvafiq olaraq “Qala Həyat Sığorta” və “Qala Sığorta” şirkətləri dayanıb. Hər biri 1 bal toplayan “Xalq Sığorta” və “Paşa Sığorta” şirkətləri isə beşinci yeri bölüşürlər.
Cədvəldə 6-11 yerləri bölüşən “Atəşgah Həyat Sığorta”, “Bakı Sığorta”, “AzRe Təkrarsığorta”, “Amrah Sığorta”, “İpək yolu Sığorta”, Standard İnsurance”, “Axa Mbask Sığorta”, “Rəvan Sığorta”, “Paşa Həyat Sığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Naxçıvan Sığorta” şirkətləri ya hər hansı rəy bildirilməməsi və ya bildirilmiş rəylərin öz təsdiqini tapmaması nəticəsində 0 bal toplamış və nəticədə cədvəlin 6-11 yerlərini formalaşdırmışlar.
Cədvələ əsasən “AzSığorta” -3, “Meqa Sığorta” və “Günay Sığorta -4, “AtaSığorta” -7 və “Azərsığorta” -13 balla fevral ayı ərzində xidməti mənfi dəyərləndirilən 5 şirkət olaraq müəyyən edilmişdir.
Insure.az onlayn sığorta portalı bundan sonra da sığorta şirkətlərinin reytinq cədvəlini paylaşmağa davam edəcəkdir. Odur ki, Insure.az portalı müştəriləri portala (www.insure.az) daxil olub əməkdaşlıq etdikləri sığorta şirkətlərinin xidmətini aktiv olaraq dəyərləndirməyə dəvət edir.
Reytinq cədvəlini təqdim edirik:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















