P&G-nin Azərbaycan ofisi regional mərkəzə çevrilir - 4 ÖLKƏ BAKIDAN İDARƏ OLUNACAQ
(®) "P&G Avropa" şirkətinin Prezidenti Azərbaycan və Orta Asiya respublikalarının inkişaf imkanlarını Bakıda təsdiqləyib
"P&G Avropa" şirkətinin Prezidenti Loik Tassel Bakıda: “Bakı ofisini regional mərkəzə çevirmək qərarımızı şəxsən özüm bəyan etməyə qərar verdim”
"Procter & Gamble" şirkətinin Azərbaycanda 20 illik tədbirlərinə Bakıya səfər etmiş "P&G Avropa" şirkətinin İdarə Heyəti də qatılıb. Şirkətin Avropa üzrə prezidenti Loik Tassel və idarə heyəti istehlakçılar, pərakəndəçilər, dövlət nümayəndələri və iri biznes sahibləri ilə görüşmək üçün Bakıda idilər. Səfərin məqsədi Azərbaycan biznes mühiti və imkanlarını dəyərləndirmək idi.
Cənab Loik Tassel bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir və ölkənin sürətli inkişafı, iqtisadi imkanları onda xoş təəssüratlar yaradıb.
“Azərbaycan P&G üçün böyük əhəmiyyətə malikdir. Biz fəxr edirik ki, ötən 20 il ərzində Azərbaycan istehlakçılarına xidmət etmişik və hələ qarşıdakı uzun illər boyunca da Ariel, Fairy, Gillette, Pampers, Always kimi qlobal brendlərimizlə onların xidmətində duracağıq. Biz, həmçinin xoşbəxtik ki, istehlakçıların məhsullarımıza verdiyi qiyməti korporativ sosial məsuliyyət proqramlarımızla ictimaiyyətə geri qaytara bilirik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə tərəfdaşlığı, Bilikli Ana-Sağlam Körpə proqramını, Always-in yeniyetmə qızlar üçün cinsi maarifləndirmə layihəsi, Ariel-in geyim bağışlama kampaniyasını və bir sıra başqa fəaliyyətlərimizi bu işlər sırasında qeyd edə bilərəm. Biz P&G Bakı ofisi bazasında yaratdığımız iş imkanları və 600 nəfərə yaxın insanı işlə təmin edən distribüterimiz YOM (Engin Şirkətlər Qrupu) kimi başlıca tərəfdaşlarımızla fəxr edirik. Biz onların regiondakı istehlakçılarımıza daha yaxşı xidmət göstərməyimizə imkan verən anbar və yayım sistemindəki yüksək bacarıqlarına və texnoloji inkişaflarına heyran qaldıq” – Loik Tassel deyib.
Cənab Tassel həmçinin yeni P&G bölümünün formalaşdırılmasının - P&G Türkiyə və Orta Asiya respublikalarında gözlənilən yeniliklərin anonsunu verib: “Mən bu ilin yanvarında Davosda cənab Prezident İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Biz P&G-nin Bakı ofisinin səlahiyyətlərinin genişlənmə imkanlarını müzakirə etdik. Öz heyətimlə Bakıya gəlib, P&G Bakı ofisinin səlahiyyətlərinin Türkmənistan, Özbəkistan, Tacikistan və Monqolustan respublikalarına genişlənmə xəbərini şəxsən özüm gətirməyə qərar verdim”.
“20 illik dayanıqlı inkişafın nəticəsində baş verən bu irəliləyiş bizim Azərbaycana verdiyimiz əhəmiyyəti sübut edir və istehlakçılarımıza xidmətdə davam edəcəyimizi göstərir. Biz Azərbaycan Prezidenti İlham Əliyevə ölkədə yaratdığı müsbət investisiya mühitinə görə dərin təşəkkürümüzü bildiririk” – Procter & Gamble şirkətinin Avropa üzrə prezidenti Loik Tassel deyib.
Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
























