Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank ilk Bakı Kouçinq və  Liderlik Konfransına dəstək verəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® 5 aprel 2019-cu il tarixində 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçiriləcək.

 

Reklam_3_11

Konfransın sloqanı “İndi dəyişiklik zamanıdır”. Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən konfransa ölkəmizdə insan kapitalının inkişafına daim önəm verən Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərəcək.

 

1-ci Bakı Kouçinq və Liderlik Konfransında Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan tanınmış kouçlar və liderlik üzrə mütəxəssislər bir araya gələcək. Toplantıda iş dünyasından 300-dən çox mütəxəssisin və idarəçinin iştirakı gözlənilir. Öyrənmə və beynəlxalq təcrübənin mənimsənilməsi üçün geniş imkanlar yaradan bu konfransda Azərbaycan Beynəlxalq Bankı təmsilçiləri də iştirak edəcək.

 

Azərbaycan Beynəlxalq Bankı 1-ci Bakı Kouçinq və Liderlik Konfransında iştirak arzusunda olanlara maraqlı bir imkan da yaradır. Yaxın günlərdə bankın Facebook sosial şəbəkəsindəki korporativ səhifəsində bununla bağlı müsabiqə elan ediləcək. Müsabiqənin 2 qalibi konfransda iştirak hüququ qazanacaq. 

 

Konfrans haqqında ətraflı məlumatı www.clcbaku.com səhifəsindən əldə etmək olar. Tədbirdə iştirak üçün bileti isə buradan sifariş vermək mümkündür: https://clcbaku.ticketsetup.com

Kouçinq insanların könüllü, şüurlu və planlı şəkildə öyrənmə, fərdi inkişaf prosesidir. Kouçinqin əsas məqsədi şəxslərin potensialının üzə çıxarılması, onlarda özünəinamın və motivasiyanın artırılması, əldə etdikləri müsbət nəticələrin maksimum səviyyəyə qaldırılmasıdır. Bu cür tədbirlər isə Azərbaycanda kouçinqin yeni bir istiqamət kimi inkişafı, bu sahədə xarici təcrübənin öyrənilməsi, daha çox şəxsin kouçinqin imkanlarından faydalana bilməsi baxımından əhəmiyyətlidir.

 

14.03.2019 07:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ