“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir
® Kapital Bank Ukraynanın qabaqcıl banklarından olan Privat Bank ilə “Xəzri” sürətli pul köçürmə sistemi çərçivəsində tərəfdaşlığa başlayıb.
Artıq müştərilər Privat Bank-ın çoxsaylı (2500 artıq məntəqə) filiallarında “Xəzri” sistemində köçürmə və ödəniş əməliyyatları apara bilərlər. Köçürmələrə görə müştərilərdən 1% (minimum 2 USD/EUR) komissiya haqqı tutulur.
Əlavə olaraq Ukrayna ərazisində yerləşən Kapital Bank-ın çoxsaylı partnyolarının (Oşadbank, Praveks Bank, Akkordbank, Kristalbank və İbox Bank) məntəqələrində də “Xəzri” sistemi ilə əməliyyatların aparılması mümkündür.
Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı və MilliÖn ödəniş terminalları vasitəsilə etmək mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq Kapital Bank bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankların filiallarından komissiyasız nağdlaşdıra bilərlər. Ölkədaxili köçürmələrə görə müştərilərdən 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur.
Qeyd edək ki, Xəzri hazırda Azərbaycan bazarının ən böyük pul köçürmə sistemidir. 2018-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
24 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



























