Qeyri-neft məhsullarının ixracı 10%-dən çox artıb
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 86 ölkəyə məhsul ixrac olunmuş, 138 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 5 milyrd 121,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 955,4 milyon dollar, idxalın dəyəri 2 milyrd 165,8 milyon dollar təşkil etmiş, nəticədə 789,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 13,0 faiz, o cümlədən idxal 49,1 faiz artmış, ixrac isə 4,0 faiz azalmışdır. Real ifadədə dövriyyə 6,1 faiz, o cümlədən idxal 18,7 faiz, ixrac 0,1 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,7 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 7,6 faizini Almaniyaya, 4,7 faizini İspaniyaya, 4,6 faizini Portuqaliyaya, 4,4 faizini Hindistana, hər biri 3,7 faiz olmaqla Gürcüstan və Avstriyaya, 3,4 faizini Çexiyaya, 2,8 faizini Rusiyaya, 2,7 faizini Yunanıstana, 2,6 faizini Fransaya, 2,4 faizini İsrailə və qalan 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 12,7 faizi İsveçrə, 11,6 faizi Rusiya, 9,1 faizi Türkiyə, hər biri 8,4 faiz olmaqla İran və Çin, 5,8 faizi Kanada, 4,3 faizi ABŞ, 3,9 faizi Almaniya, 3,7 faizi Avstraliya, 3,0 faizi Ukrayna, 2,6 faizi Belarus, 2,4 faizi İtaliya, 24,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ilin yanvar-fevral aylarında ölkədən 281,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin yanvar-fevral aylarına nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 10,3 faiz çoxdur. Qeyri-neft məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,1 faiz), Türkiyəyə (22,6 faiz), Gürcüstana (13,1 faiz), İsveçrəyə (7,3 faiz), İrana (3,0 faiz), Yunanıstana (3,0 faiz), İtaliyaya (2,8 faiz), Çinə (2,3 faiz), Ukraynaya (2,2 faiz), Almaniyaya (2,0 faiz) və ABŞ-a (1,6 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2019-cu ilin yanvar-fevral aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 27,2 faiz, təzə tərəvəz – 1,6 dəfə, tütün – 19,0 faiz, şəkər – 15,5 faiz, çay – 18,9 faiz, meyvə və tərəvəz konservləri – 16,8 faiz, bitki yağları – 4,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 8,5 faiz, pambıq lifi – 2,9 dəfə, emal olunmamış alüminium – 7,6 faiz, pambıq ipliyi – 9,3 faiz, bentonit gili – 30,6 faiz, qara metallardan yarımfabrikatlar – 2,4 dəfə artmış, meyvə və tərəvəz şirələri ixracı isə 19,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 35,5 faiz, kartof – 27,6 faiz, polietilen – 4,8 faiz, qara metallardan borular – 65,8 faiz azalmışdır.
2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında buğda idxalı 16,1 faiz, xam şəkər və şəkər – 3,3 dəfə, bitki yağları – 13,9 faiz, siqaret – 24,4 faiz, kartof – 38,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,4 faiz, quş əti və onun əlavə məhsulları – 2,1 dəfə, mal əti – 8,9 faiz, minik avtomobilləri – 2,5 dəfə, polad prokatı – 1,3 faiz, mineral gübrələr – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 49,1 faiz, qara metallardan çubuqlar – 0,9 faiz, mebellər – 35,3 faiz, polietilen – 23,8 faiz, yük avtomobilləri – 2,2 dəfə, qara metallardan künclüklər – 34,5 faiz, məişət kondisionerləri – 2,0 dəfə, avtobuslar – 3,4 dəfə artmış, təzə meyvə idxalı isə 6,4 faiz, çay – 19,6 faiz, təzə tərəvəz – 5,6 faiz, qara metallardan borular – 24,7 faiz, rezin şinlər – 14,1 faiz, paltaryuyan maşınlar – 21,7 faiz, sement və sement klinkerləri – 47,2 faiz, məişət soyuducuları – 26,4 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
22 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
-
33 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
42 d. əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
45 d. əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
16 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Pezeşkian Əliyevə zəng edib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb










.jpg)






