Gömrük iddialara cavab verdi
Azərbaycanda "Yaşıl dəhliz" buraxılış sisteminin istifadəyə verildiyi 2 ay yarım ərzində sistemdən istifadə etmək üçün Dövlət Gömrük Komitəsinə (DGK) 500-dən çox müraciət daxil olub və bunlardan 300-ü müsbət cavablandırılıb.
Bu barədə DGK-nın açıqlamasında bildirilir.
"Regionda və MDB məkanında analoqu olmayan bu layihə yalnız dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilir və Azərbaycan gömrüyünün bu sahədəki fəaliyyəti və təcrübəsi beynəlxalq aləmin mötəbər qurumları və ekspertləri tərəfindən yüksək qiymətləndirilir.
Lakin ölkəmizin əldə etdiyi bu nailiyyətlər bəzi dairələr və onların mediadakı nümayəndələri tərəfindən qaralanmağa çalışılır, "Yaşıl dəhliz" sisteminin tətbiqi ilə bağlı gömrük orqanlarına qarşı əsassız ittihamlar irəli sürülür.
Bəzi internet xəbər portalları "sahibkarlardan daxil olan müraciətlər"ə əsaslanaraq "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi ilə bağlı müraciətlərə guya DGK-nın subyektiv yanaşdığını iddia edirlər. Bundan başqa, yazıda indiyə qədər 53 müraciətin müsbət cavablandırıldığı, müraciətlərə baxılarkən "ayrı-seçkiliyə" yol verdiyi irəli sürülür.
Müraciətlərə baxılarkən ayrı-seçkiliyə yol veilməsi ilə bağlı DGK bildirir ki, gömrük işinin təşkilinin bütün sahələrində olduğu kimi "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə dair bütün müraciətlər tam şəffaf və obyektiv şəkildə araşdırılır. Bununla bağlı Komitənin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb və 24 saat fəaliyyət göstərən dəstək qrupu fəaliyyət göstərir. Aşağıdakı linkdən də bu barədə ətraflı məlumat almaq olar.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Sistemdən istifadə edənlərin sayına gəlincə isə bu rəqəm 53 deyil. İndiyə qədər sistemdən istifadəyə dair 500-dən çox müraciət daxil olub və onlardan 300-ə qədəri müsbət cavablandırılıb. Üstəlik, bu barədə dəfələrlə nəinki Komitənin rəsmi açıqlamalarında, hətta kütləvi informasiya vasitələrində minlərlə açıqlamalar yayımlanıb.
O da iddia edilir ki, sistemdən istifadə etmək istəyənlər informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində yüksək biliyə, bacarıqlara malik olmalı və yaxud bu sahədə ixtisaslaşmış mütəxəssisi işə götürməlidirlər ki, bu da sahibkarlar üçün əlavə xərc deməkdir. 21-ci əsrdə xarici ticarətlə məşğul olan şəxsin və ya şirkətin İKT biliklərinə və yaxud bu sahədə ixtisaslaşmış kadrlara malik olmaması absurddur. Üstəlik, "Yaşıl dəhliz" buraxılış sistemi tamamilə informasiya texnologiyaları sahəsindəki ən son yeniliklər təbiq olunmaqla həyata keçirilir və bunun üçün tələb olunan vəsait xarici ticarətlə məşğul olanlar üçün cüzi sayılacaq qədər azdır.
Yazıda "Belə ki, "Yaşıl dəhliz"dən istifadə etməyənlər növbə gözlədiyi halda, gömrük keçidindən "Yaşıl Dəhliz" istifadəçiləri növbədən kənar keçməsi ilə, uzun vaxt ərzində növbədə gözləyənlərə pis təsir bağışlayırlar. Bu isə sahibkarlar arasında da çaşqınlıq yaradır." cümlələri isə gülünc və xüsusilə diqqətçəkicidir. Bu cümlələri yazan "sahibkar" və onu dərc edən media orqanı düşünür ki, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edənlərə məxsus mal və nəqliyyat vasitələrinin gömrük-keçid məntəqəsindən gözləmədən, gömrük nəzarətinə məruz qalmadan keçməsi digər sahibkarlarda ruh düşkünlüyü yaradır və bu da ölkənin ixrac potensialını aşağı salır. Bu təfəkkür sahiblərinin ölkənin strateji qurumlarından birinin həyata keçirdiyi mütərəqqi ideyalara söykənən layihəyə necə qiymət verəcəyi, hansı meyarlarla dəyərləndirəcəyi isə onların düşüncə tərzindən məlum olur.
Tarix göstərir ki, mütərəqqi ideyalar, qabaqcıl texnologiyalar hər zaman cəmiyyəti irəli aparıb. Ruh düşkünlüyü yaşayanlar isə hər zaman müasir düşüncə tərzinə, yeniliklərə ayaq uydura bilməyənlərdir.
Onu da xatırladaq ki, məqalənin sonunda adları qeyd olunan şəxslərdən isə nəinki "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə dair, ümumiyyətlə DGK-ya hər hansı müraciət daxil olmayıb", - deyə açıqlamada qeyd olunub.
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 10 d. əvvəl
-
11 d. əvvəl
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
-
-
24 d. əvvəl
"Hörmüz boğazı bağlı qalmalıdır" - Müctəba Xamenei İran xalqına ilk müraciətini edib
-
43 d. əvvəl
Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Neft qiymətlərinin artmasından ABŞ çox pul qazanır. Lakin milli təhlükəsizlik maraqları iqtisadi maraqlardan daha üstündür"
BMW Group-un mənfəəti Çin bazarındakı sərt rəqabət səbəbilə azalıb
1 qramının orta satış qiyməti isə 6,8 manat olub
“Azər-Türk Bank”ın rəhbərliyinə yeni təyinat olub
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı cüzi artıb
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub
Türkiyə də neft ehtiyatlarının bir hissəsini satışa çıxarır
Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir
Martın 13-də gözlənilən hava şəraiti
Türkiyənin böyük "coworking" şəbəkəsi artıq Bakıda açıldı! - FOTOLAR






















