Azər Türk Bank yeni nəsil Korporativ İnternet Bankçılıq xidmətini təqdim etdi
(®) Hər zaman öz müştərilərinin rahatlığını düşünən Azər Türk Bank daha bir yeniliyi geçəkləşdirib. Belə ki, korporativ müştərilərə müasir və təhlükəsiz distant xidmətləri göstərmək məqsədi ilə tamamilə yeni platforma üzərində qurulmuş “ATB Business” internet bankçılıq xidməti onların ixtiyarına verilib.
Bankın korporativ müştəriləri bu xidmət vasitəsilə maliyyə əməliyyatlarını daha sürətli və təhlükəsiz, daha geniş imkanlarla və ən əsası, daha sərfəli şəkildə həyata keçirəcəklər. Yeni “ATB Business” xidməti digərlərindən fərqli olaraq bir sıra üstünlüklərə malikdir. Son texnologiyaların tətbiqi sayəsində xidmətdən istifadə intuitiv şəkildə aparılır, bir çox hallarda qayda və təlimatlara müraciət etməyə ehtiyac qalmır. Bundan başqa, yeni platforma üzərindən aparılan bütün əməliyyatlar xüsusi, endirimli tariflərlə həyata keçiriləcəkdir. Ölkədə ilk dəfə Bank bu internet bankçılıq xidməti çərçivəsində “Korporativ Cash-Back” loyallıq proqramını təqdim edir ki, aparılmış əməliyyatlara görə tutulan komissiya haqqının bir hissəsi müştəriyə bonus ballar şəklində geri qaytarılacaqdır. Toplanmış balların istənilən vaxt nağdlaşdırılması mümkündür.
Eyni zamanda Bank yeni “ATB Business” xidmətinə qoşulan müştəriləri hesabların və bank əməliyyatlarının statusunu canlı rejimdə izləmək imkanını verən “SMS / E-mail bildiriş” xidmətinə ödənişsiz qoşulmasını təmin edir.
”ATB Business” xidmətini tətbiq etməklə korporativ müştərilər və fərdi sahibkarlar öz hesablarını İnternet vasitəsilə dünyanın istənilən nöqtəsində, günün istənilən vaxtı izləyə və idarə edə bilər. Xidmətin növbəti üstünlüyü ondan ibarətdir ki, proqram istifadəçilərinin tək “ASAN imza” ilə deyil, mobil telefona göndərilən birdəfəlik OTP şifrələr ilə eyniləşdirməsi mümkündür.
Bundan əlavə, “ATB Business” məhdudiyyətsiz şəkildə əlavə xidmət və opsiyaların tətbiq edilməsinə imkan yaradır ki, bunun sayəsində Bank mütəmadi olaraq müştərilərini müxtəlif yeniliklərlə sevindirməyi davam etdirəcəkdir. Yaxın gələcəkdə bu proqramın birbaşa olaraq müştərilərin şirkət daxili kargüzarlıq sistemlərinə qoşulması (API inteqrasiya), ödənişlərin məcmu şəkildə imzalanması (təsdiqlənməsi), vergi orqanlarının məlumat bazasına inteqrasiyası və sair yeniliklərin tətbiqi nəzərdə tutulur.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 12 d. əvvəl
-
24 d. əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
1 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
2 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
3 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Ən çox oxunanlar
2025-ci ildə dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahat tədbirləri açıqlanıb























