Bəzi markalar öz liderləri ilə birlikdə “ölür”
Təsisçisi olduğum “INPRESS PR Solutions”un internet səhifəsinin ön sözündə yazıldığı kimi “dünya dəyişir”. Dünya dəyişdikcə dəyişənlər də var, birbaşa dünyanı dəyişdirənlər də, ya da hər ikisi eyni anda baş verir.
Əlbəttə, heç dəyişməyənlər də var, amma onlar mövzumuz deyil, yəqin ki, bir müddət sonra heç kimin mövzusu olmayacaqlar. Həm dəyişən, həm də dəyişdirən proseslərdənbiri PR-dır. Burada PR-ı proses adlandırdım. Bəlkə də, artıq hər şeyi proses adlandırmağın vaxtı gəlib. Bir şey özü proses olmadan necə deyişə bilər ki? PR prosesinin indiki sabit olmayan və dəyişməyə davam edən vəziyyətini çoxları Modern PR adlandırır. Başqa adlar da vermək olar, amma adından daha da vacib olan onun necə idarə edilməsidir. Bir prosesi idarə etmək vasitələr (“tools”) tələb edir. Burada ənənəvi PR-ın ənənəvi vasitələrinə toxunmadan modern PR-ın 3 vasitəsi haqqında fikirlərimi sizinlə bölüşəcəyəm.
1. Kontent marketinq: yəqin ki, çoxunuz artıq bu anlayışın nə olduğunu bilirsiniz. Ənənəvi PR markanı müştərinin büdcəsi hesabına (bu xərclərə əlavə edilir və xərclər də qiymət şəklində müştəri tərəfindən ödənilir) təşviq etmək və yaymaq strategiyası üzərində qurulmuşdusa, modern PR kontent marketinq vasitəsilə öz auditoriyasına onlar üçün faydalı və maraqlı olan müxtəlif növ məzmunlar və dəyərlər təklif edir. Əlbəttə, yenə də xərcləri müştəri ödəyir, yenə də marka təşviq edilir, amma bu dəfə müştəri ödədiyi məbləğ qarşısında əlavə fayda əldə edir. Bu yazıda da bunu etmirəmmi?..
Trendlərdən danışsaq, kontent marketinqə olan diqqət və onun istifadəsi getdikcə artmaqdadır və görünür, o həm PR, həm də marketinq fəaliyyətindəki yerini getdikcə möhkəmləndirəcək.
2. Davamlılıq (“sustainability”): bəlkə də, ölkəmizdə bu məsələ hələ ciddi şəkildə tətbiq edilmir, amma bu da bir prosesdir və zaman keçdikcə öz aktuallığını artırır. İnkişaf etmiş ölkələrdə isə davamlılıq prinsiplərinin tətbiqi artıq bir zəruriyyətə çevrilib. Davamlılıq deyəndə sosial dəyərlərə və ətraf mühitə qarşı məsuliyyətli olmaq, onları qorumaq, təbliğ etmək, cəmiyyətin və təbiətin yaxşılaşmasına töhvə vermək və ümumilikdə, cəmiyyətdəki və təbiətdəki balansın davamlılığını təmin edərək onları arzu edilən şəkildə gələcək nəsillərə çatdırmaq nəzərdə tutulur. Çətin görünməsin, bəlkə də, edə biləcəyimiz ən faydalı iş budur.
Bu mövzuda PR nə edə bilər? Kontent yaratmaqla yanaşı, PR-ın əsas funksiyalarından biri də müxtəlif mövzulu aksiyalar təşkil etməkdir. Modern PR kontent yaradarkən və aksiyalar həyata keçirərkən davamlılıq prinsiplərinə riayət edir və onu təbliğ edir. Bu marka üçün məsuliyyətli olmaq imici yaratdığı kimi cəmiyyətin, xüsusilə də şirkətləri bu mövzuda maariflənməsinə və oxşaraddımlar atmasına şərait yaradır. Yəni, kontent marketinqdə olduğu kimi modern PR bu vasitə ilə həm marka üçün, həm də auditoriyası üçün fayda yaratmış olur.
3. Lider: böyük şirkətləri, idman klublarını, hətta dövlətləri düşünün. Əksəriyyətinin ən az özləri qədər güclü şəxsi reputasiyaya sahib liderləri yoxdurmu? Hətta bəzi markalar öz liderləri ilə birlikdə “ölür”, ən azından bazarda mövqelərini itirirlər.
Modern PR xidmət etdiyi marka üçün liderlər yaradır və onları auditoriyaya birlikdə təqdim edir. Yəni marka və lider öz oxşar xüsusiyyətləri ilə ortaqlaşdırılır. Dahası, bəzi şirkətlər mövcud liderdən sonrakı mərhələ üçün fərqli marka siyasəti hazırlayır, çünki yeni lider yeni xüsusiyyətlər deməkdir və marka da onunla uyğunlaşmalıdır. Əlbəttə, bu markada radikal dəyişikliklər olacaq demək deyil, şirkətlər adətən öz dəyərlərinə yaxın liderləri işə cəlb edir. Öz şəxsi reputasiyanız haqqında düşünürsünüzsə, bu sualdan başlayın: özümü hansı markanın lideri olaraq görürəm? Ya da bir markanız varsa, sualı fərqli qoyun: lideriniz kimlər ola bilər?
Müəllif haqqında: Anar Əskərov 10 ildən çox təcrübəsi olan PR üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” (www.inpress.az) şirkətinin təsisçisi və CEO-su, həmçinin Qafqaz regionunda ən böyük xəbər agentliklərindən biri olan Report İnformasiya Agentliyinin (www.report.az) CEO-sudur. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 20 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























