“Petkim” xalis mənfəətini 14% artırıb
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Petkim Holding” bu ilin I rübündə 144 mln. Türkiyə lirəsi (TRY) xalis mənfəət əldə edib. Bu isə ötən ilin müvafiq dövründən 14% çoxdur.
Şirkət hesabat dövründə satışlarını 51% artıraraq 2,83 mlrd. TRY gəlir əldə edib.
I rübdə Etilen fabriki 99% istehsal gücündə çalışıb.
“Petkim”in baş direktoru Anar Məmmədov I rübün uğurlu olduğunu bildirib. “STAR zavodu ilə inteqrasiya şəklində işləməyimizin ilk uğurlarını görürük. Bu sinerjinin yaradacağı faydanı ilin sonuna qədər daha çox hiss edəcəyik. Bazar şərtlərinə və durğunluq gözləntilərinə baxmayaraq Türkiyə sənayesi və iqtisadiyyatı üçün dəyər yaratmağa kökləndik və investisiyalarımıza davam etdik. 2019-cu ildə də bazarın və müştərilərimizin ehtiyaclarını sürətli və heç bir çatışmazlıq olmadan qarşılayaraq Türkiyədə əlavə dəyər yaradan istehsalın lideri olmağa davam edəcəyik”,- A. Məmmədov bildirib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 d. əvvəl
Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib
- 31 d. əvvəl
-
35 d. əvvəl
Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə "İmarət" Yaşayış Kompleksi inşa olunacaq
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycandakı banka 10 milyon dollar kredit ayırdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank”ın dəstəyi ilə Azərbaycan xalçaları Riqada nümayiş olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasında görüş keçirilib