“Azərbaycan Dəmir Yolları” məsləhətə 8,2 milyon avro ödəyəcək
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük Kəsik dəmir yolunun modernləşdirilməsi ilə əlaqədar texniki nəzarət üzrə məsləhət xidmətlərinə 8,2 milyon avrodan çox vəsait yönəldəcək. Bu barədə cəmiyyətdən məlumat verilib.
“ADY Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərin alınması ilə əlaqədar texniki nəzarət üzrə məsləhətçi qismində İspaniyanın "TPF Getinsa Euroestudios” və “Auxitec Tecnica Y Control SA” şirkətləri birgə müəssisəsini cəlb edib. Müvafiq tenderin qalibi olmuş birgə müəssisə ilə 2019-cu il mayın 13-də müqavilə imzalanıb”, - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 8 milyon 260 min 743,4 avrodur (15 milyon 860 min manat).
ADY-dən verilən məlumata görə, eyni zamanda, “Getinsa Euroestudios - Auxitec Tecnica Y Control SA” birgə müəssisəsi ilə bir sıra xidmətlərin göstərilməsi haqqında 236 min dollar dəyərində əlavə müqavilə da imzalanıb. Müqavilənin detalları açıqlanmır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 d. əvvəl
-
- 17 d. əvvəl
-
38 d. əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
39 d. əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 48 d. əvvəl
-
52 d. əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib























