Fed faiz artırsa Manat necə olacaq?
Fed-in Mart ayında faiz artırmasının Azərbaycanda Dollar/Manat məzənnəsinə təsir edib-etməyəcəyi müzakirə olunur.
“Marja”nın məlumatına görə, analitiklər bildirirlər ki, ABŞ Mərkəzi Bankı (Fed) 15 Martda faiz artırsa bunun inkişaf etməkdə olan ölkələrin milli pullarına mənfi təsiri az olacaqdır. Çünki investorlar Fed-in faizləri Martda artıracağına 90%-ə yaxın ehtimal verirlər və bu səbəbdən növbəti faiz artırımı Dolların dəyərində əks olunub. Yəni, Dollar Martda artırılacaq faizə görə artıq mühüm valyutalar qarşısında bahalaşıb. Hətta bu il Fed-in 3 dəfə faiz artıracağı ehtimalı xeyli səviyyədə Doların dəyərində əks olunub. İndi əsas məsələ bu il Fed-in neçə dəfə faiz artıracağıdır. Ümumiyyətlə, investorlar bu il Fed-in 3 dəfə faiz artıracağını gözləyirlər. Əgər Fed 15 martda 4 dəfə faiz artırılacağına işarə edərsə, bu halda faiz qərarından sonra Dollar mühüm valyutalar qarşısında güclənə bilər.
Adətən Dollar bahalaşan zaman neft ucuzlaşır. Buna səbəb, Dollar bahalaşdığına görə, digər valyutalar ilə daha az dolların alınması və buna uyğun olaraq da neft alışının azalmasıdır. Bahalaşan dollar səbəbindən tələb azaldığından neft də ucuzlaşır.
Hazırda isə vəziyyət fərqlidir. OPEC və digər 11 istehsalçı ölkə hasilatlarını azaldarkən, ABŞ istehsalçıları hasilatlarını sürətlə artırırlar. Buna görə, OPEC razılaşmasının neft qiymətlərinə ciddi təsiri hiss olunmur, son iki gündə neft 7%-dən çox ucuzlaşaraq 50 dollardan aşağı düşüb (Qərbi Texas nefti).
Son məlumata görə, OPEC ABŞ-ın şist nefti istehsalçıları ilə danışıqlara başlayıb. OPEC bildirir ki, neftin ucuzlaşması daha çox ABŞ istehsalçılarına mənfi təsir edir. Əgər neft yenidən 40 dollara düşərsə bu zaman ABŞ istehsalçıları quyuları yenidən bağlamağa və investisiyaları azaltmağa məcbur olacaqlar.
Ümumiyyətlə, son vaxtlar neftin qiymətinin 40 dollardan aşağı düşəcəyinə az ehtimal verilir. Azərbaycanın 2017-ci il dövlət büdcəsi neftin 40 dollar/barel qiymətinə əsasən tərtib edildiyindən risk azdır.
Hazırda Azərbaycanda Manatın məzənnəsini Mərkəzi Bankın sərt pul siyasəti və Dövlət Neft Fondunun hərraclarda satdığı valyutanın məbləği müəyyənləşdirir. Son vaxtlar Mərkəzi Bank Manat kütləsini azaltdığından Dollar Manat qarşısında xeyli zəyifləyib.
Yuxarıda qeyd edilənlərə əsasən deyə bilərik ki, Fed-in Martda faiz artırmasının Manata birbaşa qısamüddətli təsiri gözlənilmir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
-
2 saat əvvəl
"Alatava - Avtonəqliyyat" QSC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
2 saat əvvəl
Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!
-
3 saat əvvəl
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
Kaya Kallas Azərbaycana səfərə gəlib
Ən çox oxunanlar
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək
NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib
"Qlobal neft ehtiyatları 8 ilin ən aşağı səviyyəsindədir. Dünyanın tələbatını 101 gün qarşılaya biləcək ehtiyat qalıb"













.jpg)










