“Nar” “Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb
(®) “Nar” sosial media vasitəsilə yüksəkkeyfiyyətli, operativ və tam müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, mobil operator sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin hamısına cavab verir.
2019-cu ilin birinci rübü ərzində sosial şəbəkələrdən daxil olan müraciətlərin 25 %-dən çoxu 1 dəqiqə, 53%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılıb. Ümumilikdə, “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 8 dəqiqə ərzində cavab verilib. Mobil operatorun üstün müştəri xidmətini nəzərə alan “Socialbakers” beynəlxalq tədqiqatı “Nar”-ın “Facebook” səhifəsini “Socially Devoted” sertifikatına layiq görüb. Belə ki, təşkilatının 2019-cu ilin birinci rübü ərzində apardığı monitorinqin nəticələrinə görə, “Nar” “Facebook” şəbəkəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb.
Qeyd edək ki, “Nar” abunəçiləri “Facebook”, “Twitter” və “Instagram”, eyni zamanda elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlaya və qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavab ala bilərlər. Abunəçilərə sosial şəbəkələr üzərindən əsasən balans haqqında məlumat, şəbəkə/internet çətinliklərinin aradan qaldırılması, “Nar”-ın xidmətləri, tarifləri, internet paketləri, nömrələr üzərində əməliyyat, gələn mesajlar, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s. haqqında ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, “Nar” sosial şəbəkələr üzərindən tam müştəri xidməti göstərən ilk telekommunikasiya şirkətidir.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 19 d. əvvəl
-
- 33 d. əvvəl
- 36 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















