Golden Crown-dan “Ramazan Payı” kampaniyası: Daha 185 ailəyə ərzaq yardımı çatdırıldı
(®) Yeni Zelandiya istehsalı olan Golden Crown kərə yağı markasının başlatdığı “Ramazan payı” kampaniyası davam edir.
Növbəti yardım paketləri 24 May tarixində Bakıda yaşayan 185 imkansız ailəyə çatdırılmışdır. Ərzaq paketləri 1 kq-lıq GOLDEN CROWN kərə yağı da daxil olmaqla zəruri ərzaq məhsullarından ibarətdir. Kampaniya Ramazan ayının sonuna qədər davam edəcək.
Xatırladaq ki, 17 May tarixində ilk yardım paketləri Qax, Şəki və Zaqatalada 200 imkansız və aztəminatlı ailələrə çatdırılmışdır. Ətraflı: Golden Crown-dan "Ramazan payı" kampaniyası - ilk 200 ailəyə ərzaq yardımı çatdırıldı
Qeyd edək ki, alınan hər 1 kq Golden Crown kərə yağından 1 AZN imkansız ailələrə yardıma sərf olunur! Gəlin, bu müqəddəs ayda paylaşmanın sevincini bölüşək, bir olub bərabərlik yaradaq!
2003-cü ildə əsası qoyulan “Vest Produkt Marketinq” MMC, elə həmin ildən etibarən “Westland Milk Products” şirkəti ilə müqavilə imzalayaraq, MDB ölkələri üzrə “Westland Milk Products” şirkətinin rəsmi distribütoru olmuşdur.
“Westland Milk Products” istehsalı olan və “Vest Produkt Marketinq” MMC tərəfindən idxal məhsullardan biri də Yeni Zelandiyada nehrə yağı üsulu ilə 100% təbii inək südündən istehsal edilən GOLDEN CROWN markalı kərə yağlarıdır. “Westland Milk Products” şirkəti 1937-ci ildə Yeni Zelandiyanın qərb sahilinin mərkəzində, Hokitika şəhərciyində fəaliyyətə başlamışdır. Şirkət illərdir keyfiyyətli süd tədarük edən 400 fermer ailəsinə məxsusdur. Ötən 80 ildən uzun müddət ərzində mənəvi dəyərlərini qoruyaraq, 100% təbii süd məhsulları istehsal edən “Westland Milk Products” hazırda Yeni Zelandiyanın ən qabaqcıl şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat əvvəl
-
1 gün əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
2 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
2 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib