ATİB İdarə Heyətinə yeni üzvlər seçilib
30 May 2019-cu ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində təşkilatın İllik Maliyyə Hesabatının növbəti iclası keçirilib.
ATİB-də “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, iclası giriş nitqi ilə ATİB Baş Katibi Pərvanə Hacıyeva açıq elan edib.
Daha sonra Prosedura uyğun olaraq iştirakçılar tərəfindən iclasın sədri və katiblər seçilib.
İclasın sədri ATİB İdarə Heyətinin sədr müavini Avni Demirci, 1-ci katib ATİB PR Manager Gülnar Şirinova, 2-ci katib ATİB üzvü olan “Zenit Tour” Şirkətinin direktoru seçilib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri, Cənab Erkan Özoral qonaqları salamlayaraq ATİB-in fəaliyyətində uğurlar arzulayıb.
Gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin sədri Cemal Yangın İdarə Heyətinin 2018-ci il üzrə fəaliyyət hesabatını təqdim edib.
Daha sonra Təftiş komissiyasının sədri, ATİB üzvü olan “PricewaterhouseCoopers” (PWC) şirkətindən Könül Quliyeva 2018-ci il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim edib.
Bundan sonra İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxılıb. İşlərinin çoxluğu səbəbindən İdarə Heyətinin üzvü Kəmaləddin Mənsimov və Oktay Vayiç İdarə Heyəti üzvlüyündən azad edilmələrini xahiş ediblər. Onların yerinə “Anadolu Vizyonu Kurs Destek Ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azər Hətəmov və “Ericson” şirkətinin Azərbaycan üzrə təmsilçisi Arda Çetiner ATİB İdarə Heyətinə üzv seçiliblər.
Daha sonra Maliyyə Təftiş Komissiyasına üzv seçilib. “LB Audit Konslatinq” xidmətinin rəhbəri Lamiyə Bayramova sədr, Qorxmaz Ağayev və Fatih Güven üzv seçiliblər.
ATİB Sədrinin müavini Mürsəl Rüstəmov 2019-cu il üçün büdcəsi təqdim edib və sənədlər iclas iştirakçıları tərəfindən təsdiqlənib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 d. əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
-
- 20 d. əvvəl
- 23 d. əvvəl
-
38 d. əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
1 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
McDonald’s yenə təəccübləndirdi...
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir

























