Birgə müəssisələrin yaradılmasını müzakirə ediblər
İqtisadiyyat naziri rusiyalı həmkarı ilə müzakirələr aparıb
6-8 iyun 2019-cu il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.
Görüşdə Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səylərinin, qarşılıqlı səfərlərinin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğu, siyasi əlaqələrin yüksək səviyyəsinın iqtisadi-ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar açdığı vurğulanıb, 23-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Azərbaycanın iştirakı və Forumun iqtisadi əlaqələrin inkişafında əhəmiyyəti qeyd edilib.
Tərəflər regionlararası əlaqələr, həyata keçirilən birgə layihələr, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf ertdirilməsi, sənaye, vaqon istehsalı, tranzit-logistika, aqrar, kənd təsərrüfatı məhsullarının emalı, kənd təsərrüfatı texnikasının istehsalı və s. sahələrdə birgə müəssisələrin yaradılmasını müzakirə ediblər.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının ikitərəfli əməkdaşlığın inkişafında rolu qeyd edilib, Komissiyanın növbəti iclasının bu ilin payızında keçirilməsi, iclasda müzakirə olunacaq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)








