Sığorta bazarında geriləmə - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
2019-cu ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 265.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 66.7 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 301.4 milyon manat məbləğində sığorta haqları toplanmış və 78.5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, illik müqayisədə toplanan sığorta haqları 12%, sığorta ödənişləri isə 15% azalıb.
Geriləmənin əsas səbəbi həyatın yığım sığortası (həyatın yaşam sığortası) üzrə toplanan sığorta haqlarının azalmasıdır. Maaşın bu sığortaya ayrılmasına 2019-cu ilin əvvəlindən tətbiq edilən məhdudiyyət bazarın geriləməsinə səbəb olur. Ötən ilin ilk 4 ayında həyatın yaşam sığortası üzrə 96,7 milyon manat sığorta haqları toplanarkən, cari ilin eyni dövründə 59 milyon manat təşkil edib.
Könüllü sığorta bazarı üzrə haqlar 176.2 mln. manat, ödənişlər isə 43.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 89.1 mln. manat, ödənişlər isə 23.3 mln. manat olub.
2018-ci ilin eyni dövründə könüllü sığorta bazarı üzrə haqlar 220.9 milyon manat, ödənişlər isə 56.9 milyon manat təşkil etmişdi.
İcbari sığortalar üzrə toplanan sığorta haqları isə ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% artaraq 89 milyon 94 min manat təşkil edib.
İCBARİ SIĞORTALARIN PAYI ARTIB
2019-cu ilin yanvar-aprel aylarında sektor üzrə məcmu sığorta haqlarının 66%-i könüllü, 34%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 65%-i könüllü, 35%-i icbari sığorta növləri hesabına formalaşıb.
2018-ci ilin yanvar-aprel ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.3 faizi könüllü, 26.7 faizi isə icbari sığorta növlərinin payına düşmüşdü. Sığorta ödənişlərinin 72.5 faizi könüllü, 26.5 faizi isə icbari sığorta növləri hesabına formalaşmışdı.
2019-cu ilin yanvar-aprel ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)





