Ekspertdən xəbərdarlıq: Bu sektorları 2019-da böhran gözləyir !
2019-cu ilin birinci rübünü qlobal iqtisadiyyat iqtisadi artım tempinin zәiflәməsi, iqtisadi aktivlikdәki gerilәmә, geosiyasi vә ticarәt gәrginliklərinin artması, ticarәt vә investisiya axınlarının daralması kimi mənzərə ilə başa vurmuş və ekspertlər tərəfindən bu halların ilin sonunadək davam edəcəyi proqnoz edilmişdir. Ekspertlərin proqnozlarını Beynəlxalq Valyuta Fondunu 2019-cu ilin aprel ayında yenilәnmiş “Qlobal İqtisadi Perspektivlәr” hesabatında 2019- cu ildә qlobal iqtisadi artım proqnozu 0.2 faiz bənd azaldaraq 3.3%-ә endirərək doğrulamışdır.Bu cür iqtisadi şəraitdə artıq bir çox sektorlarda böhran və tənəzzül meylləri hiss olunmaqdadır ki, həmin sektorlar aşağıdakılardır.
Dəmir və Alüminium sektoru
2018-ci ildən başlayaraq, ABŞ-ın bir çox ölkələrdən alüminium və polad məhsullarının idxalına əlavə vergilər qoyması, ABŞ-Çin ticarət muharibələrinin dərinləşməsi, dəmir və alüminium məhsullarının ən çox idxal edildiyi Çinin Mərkəzi Bankının ölkənin iqtisadi inkişaf proqnozlarını aşağı salması dünya miqyasında bu məhsula olan tələbatı aşağı salmışdır. Həmiçin ABŞ -ın ticarət muharibələrində həmlələrinə qarşı Çinin aqresiv ixracat siyasəti bu məhsulun təklif həcmini gedərək artırmaqdadır. Bütün bu şəraitdə polad və alüminium istehsalçıları Avropa bazarına yönəlmiş, Avropa İttifaqının isə öz daxili bazarını qorumaq üçün kvotaların tətbiq edilməsi qərarı bu məhsulların bazarını daha da daraltmışdır. Ölkəmizdə qeyri-neft sektorunda mühüm paya malik olan qara metallar və alüminium məhsulların istehsalı müəssisələri də bu sektorda baş verən proseslərdən öz nəsibini almışdır. Son statistik məlumatlara əsasən 2019-cu ilin yanvar-aprel aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən emal olunmamış alüminium ixracı 7,5 faiz, qara metallardan boruların ixracı isə 77,9 faiz azalmışdır.
Yer fıstığı istehsalı
2018-ci ildə dünya bazarlarında yer fıstığının qiymətinin aşağı düşməsi bu məhsul növü üzrə alıcılıq qabliyyətini artırmış və məhsula olan tələb yüksəlmişdir. Artan tələbin qarşılanması üçün məhsul sürətlə anbarlardan piştaxtalara enmişdir. Alıcı qabiliyyətinə mütənasib olaraq satışın ani olaraq artması bir çox ölkələrdə məhsulun tükənmə həddinə yaxınlaşması ilə xarakterizə olunmuş və məhsulun bazar qiyməti hədsiz yüksəlmişdir. Bütün bunların nəticəsində bu sektor ilə məşğul olanlar 2019-cu il üçün baha toxum tədarükü mənzərəsi ilə üzləşmiş, baha toxum naminə istehsal isə şirkətləri yüksələn satış qiymətləri nəticəsində alıcılıq qabliyyətinin azalması riski ilə qarşı-qarşıya qoymuşdur.
Günəbaxan tumu istehsalı sektoru
2014-cü ildən başlayaraq Çin Xalq Respublikasında keyfiyyətli günəbaxan tumu istehsalının artması bu məhsulun Çin bazarında ucuzlaşması ilə nəticələndi. Ucuz və keyfiyyətli günəbaxan tumu tezliklə dünya bazarlarına mərhələli şəkildə nüfuz edərək ölkələrdəki daxili istehsal ilə kəskin rəqabətə başladı. 2018-ci ilin sonlarından başlayaraq ucuz və keyfiyyətli “Çin tumları” girdiyi rəqabət yarışından qalib çıxaraq ölkələrin yerli istehsallarını sıradan çıxardı. Bu mənzərədə 2019-cu il bu məhsulun istehsalı ilə məşğul olan yerli şirkətlər üçün yüksək rəqabət , aşağı mənfəət, kəskin daralma ili olaraq yadda qala bilər.
Altun Yasinli
İqtisadi böhranlar və biznesin inkişafı
üzrə ekspert
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
10 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
10 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
11 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
11 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
11 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 11 saat əvvəl
-
12 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
12 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"






.jpg)
.jpg)






.jpg)







