Azercell yeni brend kimliyini açıqladı
Şirkət "TeliaSonera"nın loqosundan istifadəni dayandırır. Artıq Azercell öz loqosu ilə yoluna davam edəcəkdir. Qeyd edək ki, ötən il "Teliasonera" Azercell-in səhmdarındakı payını satıb. "Teliasonera"nın payını dövlət şirkəti "AzİnTelekom" alıb. Səhmdarın dəyişməsi loqonun dəyişdirilməsini tələb edirdi.
Azərbaycan telekommunikasiya sektorunun lideri, fəaliyyət tarixində yeni bir dönəmə qədəm qoyan Azercell iyun ayının 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni brend kimliyini ictimaiyyətə təqdim edib.
Azercell Telekom-un yaydığı məlumata görə, tədbirdə şirkətin fəaliyyətini qloballaşan dünya bazarının trendlərinə uyğun şəkildə qurmağa yönəlmiş strateji inkişafın rəqəmsal konsepsiyası da açıqlanıb.
Şirkətin prezidenti Vahid Mürsəliyevin sözlərinə əsasən, rəqəmsal texnologiyalar əsrində transformasiya məsələsi xüsusilə aktualdır. “Telekommunikasiya sahəsi ən çevik sahə olaraq müasir həyatın ritmini təyin edir. O dünyanı dəyişdirdikcə biz də mütləq şəkildə dəyişməliyik. Azercell olaraq dəyişməyə şadıq. Dəyişmək, yaşamaq deməkdir. Dəyişmək daha yaxşı olmaq, daha ağıllı və daha mobil sabah üçün bugünkü səndən üstün olmaq deməkdir. Strategiyamız rəqəmsallığa doğru dəyişir. Bizim yeni rəqəmsal dünyamızın mərkəzi müştərimiz olacaq. Bütün bu yeniliklər məhz onların həyatlarını rahatlaşdırmaq və daimi bağlantını təmin etmək üçündür.” – deyə cənab Vahid Mürsəliyev öz çıxışında bildirib.
"Azercell ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli telekommunikasiya sektorunun lideri olmasına baxmayaraq, yeni bağlantı erasında transformasiya etməyi zəruri hesab etdi. Azercell artıq rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən, inkişaf yolunda dəyişkənliyə çevik bir şirkət olaraq abunəçilərinin qarşısına çıxır. Bu transformasiya Azercell ilə abunəçilər arasında illərlə formalaşan mövcud emosional bağı möhkəmləndirməyə vəsilə olacaq.
Yeni brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir", - şirkətin məlumatında deyilir.
Qeyd etmək istərdik ki, 21 iyun, Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq, 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Həmçinin Azercell, Heydər Əliyev Mərkəzinin parkında “Rəqəmsal Səma Altında” adlı sərbəst girişli konsert təşkil edərək, tamaşaçılara Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustafayev, Elnarə Xəlilova, Elşad Xose kimi tanınmış müğənnilərin ifasında səslənən mahnıları dinləmək imkanı təqdim edib. Burada, ölkəmizdə ilk dəfə olaraq 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm bir şou sərgiləyib.
Yeni dövrdə Azercell-in prioritet sahələri müştəriyönümlü şirkət və etibarlı tərəfdaş kimi seçilməkdir. Hər zaman innovativ və rəqəmsal həllər təqdim edən, məlumat məxfiliyini qoruyan, təkcə müştərilərinin ehtiyaclarını qarşılamağa deyil, bu ehtiyaclardan bir addım öndə olmağı bacaran Azercell bundan sonra da, ən son trendlərə uyğun məhsullar və xidmətlər təqdim edən bir şirkət kimi fəaliyyətini davam etdirəcək!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 52 d. sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)


.jpg)


