İmtahanlar təşkil edən qurum mənfəətlə işləyib
Dövlət İmtahan Mərkəzinin (DİM) cəmi aktivləri bu il yanvarın 1-nə 24 milyon 699 min manat təşkil edib.
Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 42,2% çoxdur.
Hesabat dövründə DİM-in cəmi öhdəlikləri təxminən 20% azalaraq 408 min manata düşüb, cəmi kapitalı isə 44,1% artaraq 24 milyon 291 milyon manata çatıb.
Ötən il DİM-in əməliyyat gəlirləri 17 milyon 754 min manat, əməliyyat xərcləri 11 milyon 594 min manat, faiz gəlirləri 71 min manat, faiz xərcləri 1 min manat, inzibati xərcləri 1 milyon 552 min manat, dəyərsizləşmə zərəri 398 min manat, digər gəlirləri 229 min manat, digər xərcləri 35 min manat, mənfəət vergisi ödəmələri isə 208 min manat təşkil edib. Son nəticədə qurum ili 4 milyon 265 min manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, DİM ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.


PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
-
3 d. əvvəl
Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib
-
10 d. əvvəl
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
59 d. əvvəl
Si Cinpin və Donald Tramp Hörmüz hoğazının açıq qalması məsələsində həmfikirdir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
Ən çox oxunanlar
102 və 191 nömrəli marşrut avtobusları yenilənir
TSMC: Qlobal çip bazarı 2030-da 1,5 trilyon dollara çata bilər
Mayın 15-də gözlənilən hava şəraiti - 30 dərəcə isti
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır







.jpg)















