Masallıda yük maşını ilə mikroavtobus toqquşub: 8 ölü
*** 10:00
Masallıda ağır yol qəzasında üç ailənin 8 üzvü ölüb, 2-si xəsarət alıb.
Hadisə bu gün səhər saatlarında Ələt-Astara-İran sərhəd yolunun 136-cı km-də, Masallı rayonu ərazisində baş verib.
Belə ki, "Mersedes" markalı 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobus üzü Astara istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı 10-MG-329 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Nəticədə Bakı şəhərindən şadlıq məraimindən qayıdan yaxın qohumlar aldıqları ağır bədən xəsarətlərindən yerindəcə ölüblər.
Son dəqiqləşdirmələrə görə qəza zamanı 8 nəfər ölüb, 2 nəfər xasarət alaraq Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Əldə etdiyimiz məlumata görə qəza baş verən zaman arxada daha bir avtomobildə ailənin digər qohumları da olub. Hadisə onların gözü qarşısında baş verib. Lakin həmin avtomobil qəzadan yayınıb. Ölən və yaralananlar Lerik rayonunun Kəlvəz kənd sakinləridir. Meyidlər müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib. Mikroavtobusun sürücüsünün yüngül xəsarət aldığı bildirilir. O, fakt üzrə dindirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşməsə də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Qəza nəticəsində ölən və yaralananların tam siyahısını təqdim edirik:
Ölənlər.
1. Tağıyev Əlizahir Atalı oğlu - 2002-ci il
2. Rzayev Əsgər Hikmət oğlu - 1983-cü il
3. Rzayev Hikmət Əsgər oğlu - 2002-ci il
4. Rzayev Azər Hikmət oğlu - 2008-ci il
5. Rufullayev Ayxan Natiq oğlu - 2016-ci il
6. Məmmədov Gültac Ələkbər oğlu - 1996-cı il
7.Məmmədova Aytac Ələkbər qızı - 1995-ci il
8. Məmmədov Elgün Ələkbər oğlu - 1997-ci il
Yaralılar
1. Rzayeva Ruhiyyə Əkbər qızı - 1985-ci il
2. Tağıyeva Miranə Atalı qızı - 1995-ci
*** 10:00
Masallı rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən 6-nın adı məlum olub.
Bunlar Lerik rayon sakini 1998-ci il təvəllüdlü Tağıyev Rəşad Atalı oğlu, 2002-ci il təvəllüdlü Tağıyev Əlizahid Atalı oğlu, Lerik rayonu Kəlbəz kənd sakini 2016-ci il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğludur.
Qəza nəticəsində daha bir nəfərin yaralandığı məlum olub. O, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır.
Ölən digər iki nəfərin şəxsiyyəti dəqiqləşdirilir.
*** 09:18
Hadisə nəticəsində Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı xəsarət alıb.
Ona baş-beyinin silkələnməsi, sifət nahiyəsinin əziyi diaqnozu qoyulub.
O, hazırda reanimasiyadadır.
*** 08:22
Masallıda yük maşını Mersedes "Vito" markalı mikroavtobusla toqquşub.
Hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Məlumat verilir ki, yaralı qadındır. Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi.
Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.
Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
2 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 22 saat əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO





















