Azərbaycanlı iş adamı 6 ayda dünyanın 40 ölkəsinə səyahət edəcək - YENİ LAYİHƏ
® Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank “180 gün dünya ətrafında” layihəsinin rəsmi tərəfdaşı oldu.
Təşəbbüskarı “Novco” Şirkətlər Qrupunun rəhbəri Fərid Novruzi olan layihənin təqdimatı iyulun 12-si “Baku Boulevard Hotel”-də baş tutdu.
Layihə çərçivəsində F.Novruzi 6 ay ərzində yalnız dəniz və avtomobil nəqliyyatı vasitəsilə dünyanın 40 ölkəsinə səyahət edəcək. Dünya ətrafında səyahət zamanı bütün ödənişlər PAŞA Bankın Azərbaycan bazarında təqdim etdiyi eksklüziv kart məhsulu – PAŞA Bank Miles&Smiles kartı ilə həyata keçiriləcək.
“Cənab Novruzinin səyahət zamanı hava nəqliyyatından istifadə etməyəcəyinə baxmayaraq PAŞA Bankın Miles&Smiles kartının sahibi kimi o, bütün dünyada ticarət və xidmət obyektlərində nağdsız ödənişlər həyata keçirməklə bu kartın geniş üstünlüklərindən faydalanmaq imkanı əldə edəcək” – deyə layihənin təqdimatı zamanı PAŞA Bankın Fərdi Bankçılıq Departamentinin direktoru Kamran Heydərov qeyd edib.
“Otellərin bron olunması, avtomobil icarəsi və digər xidmətlərdən istifadə zamanı PAŞA Bankın Miles&Smiles kartının sahiblərinə 35%-ə qədər endirim təqdim olunur. Müxtəlif üstünlükləri sayəsində bu məhsul yalnız bankın müştəriləri, səyyahlar və iş vaxtının müəyyən bir hissəsini işgüzar səfərlərdə keçirən biznesmenlər üçün deyil, ümumilikdə bütün ölkə əhalisi üçün nəzərdə tutulub” – deyə K. Heydərov əlavə edib.
Qeyd edək ki, PAŞA Bank Miles&Smiles kartının sahibləri, həmçinin mil toplayır və toplanan milləri Türk Hava Yollarının 308 uçuş istiqaməti üzrə biletə çevirmək və digər əlavə xidmətlərdən yararlanmaq imkanı əldə edir. Bonuslar həm ölkədaxili, həm ölkəxarici nağdsız ödənişlər üçün hesablanır. Bundan əlavə, Müştəri Bankın tərəfdaş şəbəkəsində PAŞA Bankın Miles&Smiles kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat sonra
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)








.jpg)
