İcbari tibbi sığortanın tətbiqinə dəstək üçün Memorandum imzalanıb
15 iyul 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Memorandumu Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev və İSİM-in direktoru Qəhrəman Haqverdiyev imzalayıblar.
Agentliyin İdarə Heyətinin sədri bildirib ki, memorandum iki qurum arasında əməkdaşlığın çərçivəsini müəyyən edir: “Memorandumda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə uğurlu nəticə əldə etmək məqsədilə Agentlik ilə İSİM arasında təcrübə və məlumatları paylaşmaq, gələcək əməkdaşlıq üçün potensial sahələri müəyyənləşdirmək, tədbir və ya digər spesifik fəaliyyətləri birgə təşkil etmək planlaşdırılıb”.
İSİM-in direktoru bu əməkdaşlığın ölkədə aparılan səhiyyə islahatlarına və icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək göstərəcəyini vurğulayıb.
Tərəflər arasında imzalanan memorandum 2020-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrində istifadə ediləcək tibbi qayda, təlimat və standart əməliyyat prosedurlarının hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə fəaliyyəti nəzərdə tutur. Sənədlərin hazırlanmasında müvafiq sahələr üzrə aidiyyəti mütəxəssislərin iştirakları planlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)



