Vergilər Nazirliyindən çek xəbərdarlığı
"Kassa çeklərinin təqdim edilməsi vəziyyəti qənaətbəxş deyil"
"Paytaxtın və bölgələrin bir çox ticarət, ictimai iaşə və xidmət obyektlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən dövriyyənin gizlədilməsi məqsədilə kassa aparatlarından istifadə edilməməsi, vurulmuş kassa çeklərinin alıcılara verilməməsi istehlakçılarda ciddi narazılıqlar doğurur. Bu cür hallarla rastlaşan vətəndaşların Vergilər Nazirliynə müraciətlərinin sayı gündən-günə artır. Cari ilin əvvəlindən vergi ödəyiciləri üçün güzəştlərin və azadolmaların tətbiq edildiyi, sahibkarlıq obyektlərinin fəaliyyətinin stimullaşdırılması üçün geniş imkanlar yaradıldığı bir şəraitdə onların büdcə vəsaitlərinin formalaşmasında iştirakı da şəffaf olmalıdır".
Bu, Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, Vergilər Nazirliyi ticarət və iaşə obyektlərində nəzarət-kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunması istiqamətində monitorinq və nəzarət tədbirlərini gücləndirib.
Nazirlik tərəfindən aparılan monitorinqin nəticələri göstərir ki, kassa çeklərinin təqdim edilməsi vəziyyəti qənaətbəxş deyil, bir çox sahibkarlar bu sahədə qanunların tələblərinə və nağd hesablaşmaların aparılması qaydalarına əməl etmirlər.
Bakı şəhərində yerləşən ayrı-ayrı ticarət və ictimai iaşə obyektlərində kassa çeklərinin təqdim edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı aparılan monitorinq zamanı vergi nəzarəti ilə əhatə olunmuş obyeklərin 97 faizində nəzarət-kassa aparatlarından istifadə ilə bağlı qanun pozuntusu halları aşkarlanıb.
Yoxlamalar nəticəsində 194 obyektdəki kassa aparatlarından istifadə zamanı kassa çeklərinin təqdim olunmadığı, 320 nəfərin əmək müqaviləsiz işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.
Monitorinq zamanı qanun pozuntusu halı ilk dəfə aşkar olunduğundan, Vergilər Nazirliyinin əməkdaşları bu obyektlərə qarşı hər hansı maliyyə sanksiyası tətbiq etməyiblər, vergi ödəyicilərini kassa çeki təqdim olunmasının vacibliyi və bu tələblərin pozulması ilə bağlı məsuliyyət tədbirləri haqqında məlumatlandırıblar.
Diqqətə çatdırılıb ki, sanksiyanın tətbiq edilməməsi onlarda arxayınlıq yaratmamalıdır: çünki rəsmi xəbərdarlıq edilmiş sahibkarlar risk qrupuna aid ediliblər. Bu da həmin vergi ödəyicilərinin fəaliyyət göstərdikləri təsərrüfat subyektlərində vergi nəzarəti tədbirlərinin təkrar keçirilməsi ilə nəticələnəcəkdir. Vergilər Nazirliyi istehlakçıların da nəzərinə çatdırır ki, onlar istər alış-veriş zamanı, istərsə də ictimai iaşə obyektlərinin xidmətlərindən istifadə edərkən kassa çekini tələb etməlidirlər. Bu, ilk növbədə, onların hüquqlarının pozulduğu hallarda öz mənafelərinin qorunması üçün vacibdir. Hər bir vətəndaş bilməlidir ki, alış-veriş zamanı kassa çekini tələb etməklə alışların rəsmiləşdirilməsində və bununla da vergilərin ödənilməsində dolayı şəkildə iştirak edir. Vergi qanunvericiliyi nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə sərt məsuliyyət tədbirləri nəzərdə tutur. Vergilər Nazirliyi tövsiyə edir ki, sahibkarlıq subyektləri nəzarət-kassa aparatlarından düzgün istifadə etməli, vurulmuş çekləri mütləq qaydada alıcılara təqdim etməlidirlər ki, böyük məbləğlərdə cərimələrlə, maliyyə sanksiyaları ilə üzləşməsinlər. Sahibkarın kassa aparatlarından istifadə etməməklə vergidən yayındırdığı məbləğ gələcəkdə onun maliyyə sanksiyaları şəklində itirəcəyi məbləğlərdən qat-qat azdır.
Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 15 d. əvvəl
- 29 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
2 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
2 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
2 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
























