“Prior Leasing” regionlarda səyyar xidmətə başlayıb
(®) “Prior Leasing” regionlarda kənd təsərrüfatı texnikalarının güzəştli satışı üzrə səyyar xidmətə başlayıb
Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinq və satışı ilə məşğul olan “Prior Leasing” şirkəti Quba, Qusar, Xaçmaz, Cəlilabad, Masallı və Lənkəran rayonlarında yaşayan fermerlərə səyyar satış xidməti göstərib.
2 həftə ərzində 60 kənddə olan şirkətin nümayəndələri 550 nəfərdən çox fermerlə görüşüb, 25-dən artıq təsərrüfatda olub.
“May və iyun aylarında Aqrar Kredit və İnkişaf Agentliyinin rayonlarda keçirdiyi yarmarkalar regionlarda fermerlərin bizi tanımağa böyük ehtiyac duyduqlarını göstərdi. Ona görə də qərara gəldik ki, daimi olaraq, ucqar kəndləri belə əhatə etməklə, özümüz fermerlərin yaşadıqları yerə gedək. Kəndlərdə fermerlərlə görüş zamanı onları həm yeni qaydalar, həm də şirkətimiz barədə məlumatlandıraq. “Prior Leasing” belə addım atan ilk şirkətdir” – bunu şirkətin direktoru Azər Hümbətov bildirib.
Fermerlərin hansı texnikalara ehtiyac duyduqları ilə maraqlanan şirkət nümayəndələri texnikalarını təqdim etdikləri bütün təchizatçının təklifləri barədə məlumat veriblər. Kiçikhəcmli texnikalar, damazlıq heyvanlar barədə kataloqlar, məlumat vərəqələri paylanılıb. Xüsusi təchiz olunmuş mobil ofislə səfər edən “Prior Leasing” nümayəndələri fermerlərə maraqlandıqları texnikaların fəaliyyətini videoçarxlar vasitəsilə nümayiş etdiriblər.
Fermerlər üçün texnika lizinqini asanlaşdırmaq məqsədilə şirkət nümayəndələri müraciətləri yerində qəbul ediblər. Mobil ofisdə yaradılmış şərait şirkət nümayəndələrinə müştəriləri yerində təhlil etmək imkanı verib. Dərhal təsərrüfatlara səfərlər və yerində rəsmiləşdirmə prosedurları həyata keçirilməklə, 80-dən artıq texnikanın satışı ilə bağlı sifarişlər qəbul edilib.
Qeyd edək ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanından sonra kənd təsərrüfatı texnikası təqdim edən bütün təchizatçılar öz məhsullarını fermerlərə 40% dövlət güzəşti və 5 ilədək müddətdə faizsiz kreditlə təqdim edə bilirlər. Daha əvvəl yalnız dövlətə məxsus “Aqrolizinq” ASC bu səlahiyyətə malik idi. “Prior Leasing” ASC fermerlərə texnikanın güzəştli şərtlərlə satışını Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti ilə müvəkkil kredit təşkilatı olaraq həyata keçirilir.
“İlk təcrübəmizi qiymətləndirərək, “Prior Leasing” mobil ofisin daimi əsasda fəaliyyət göstərməsini qərara alıb. Əgər əvvəllər fermerlərin texnikanı lizinqlə öz rayonlarını tərk etmədən əldə etməsinə çalışırdıqsa, artıq indi onlar buna öz evlərini tərk etmədən nail ola biləcəklər” - Azər Hümbətov deyib.
“Prior Leasinq” ASC 2014-cü ildə təsis edilib. Əsas fəaliyyət növü damazlıq heyvan, kənd təsərrüfatı və tikinti texnikasının lizinqidir. Yerli fiziki şəxslər tərəfindən təsis edilmiş “Prior Leasing” Azərbaycanın bütün bölgələrində fermer və sahibkarla texnika satışı, lizinq və məsləhət xidməti göstərir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















