7 ayda həyatın yaşam sığortası bazarının həcmi 100 milyon manatı keçib
2019-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın 4 həyat sığortası şirkəti tərəfindən həyatın yaşam sığortası növü üzrə 102 milyon 436 min manat sığorta haqları toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 milyon 446 min manat və ya 33% azdır. 2019-ci ilin yanvar-iyul ayları ərzində həyat sığortası şirkətləri tərəfindən həyatın yaşam sığortası növü 152 milyon 882 min manat sığorta haqları toplanmışdı. Azalma vergi sahəsində aparılmış dəyişikliklər ilə bağlıdır.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, bu növ üzrə ötən ilin 7 ayında 62 milyon 834 min manat təşkil etmiş sığorta ödənişləri, cari ilin eyni dövründə 61 milyon 798 min manata düşüb.
Həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həyatınızı sığortaladırsınız, həm büdcəyə ödəyəcəyiniz verginin bir hissəsi sizə qalır, həm də yığılan vəsaitə görə investisiya gəliri də edirsiniz.
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisinin müəyyən hissəsi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və investisiya faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
10 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
11 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
11 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)









.jpg)

