Şikayətçilərin iddiaları əsassızdır – Maliyyə Nazirliyi
“Bakı şəhəri Yasamal rayonu M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında qeydiyyatda olan Nadejda Həsənova və həyat yoldaşı Fərhad Həsənovun keçmiş “Sovetski” adlanan ərazidə onlara və əlavə olaraq 7 nəfərə məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması zamanı ödənişin natamam hesablanması barədə bəzi media orqanlarında dərc olunmuş şikayətləri araşdırılarkən əslində onlara məxsus yaşayış evinə və zirzəmiyə görə ayrı-ayrılıqda qiymətləndirmə aparıldığı, mülkiyyətçilər tərəfindən razılaşdırma protokollarının imzalandığı və alqı-satqı müqavilələrinə əsasən ödəniş edildiyi müəyyən olunub”.
"Marja" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bir qrup keçmiş “Sovetski” sakini adından guya onlara verilən ödənişlərin düzgün hesablanmaması barədə ötən həftə bəzi saytlarda dərc olunmuş müraciətlərinə münasibət bildirərkən deyib.
“Müraciətdə göstərilənlərin Yasamal RİH-dən alınmış məlumatlar əsasında Maliyyə Nazirliyində araşdırılması zamanı müəyyən edilib ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaklar üzrə qiymətləndirmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq, bu işlərə cəlb edilən müstəqil qiymətləndirici şirkət tərəfindən mövcud bazar qiymətləri öyrənilməklə aparılmış və hesablanmış məbləğlər rayon icra hakimiyyəti tərəfindən alqı-satqı müqavilələrinə əsasən ödənilmişdir.
Konkret olaraq Nadejda Həsənovaya gəlincə, həmin şəxs heç bir əsaslandırıcı sənəd təqdim etmədən ona məxsus olan yaşayış sahəsinin 42.0 kv/m olduğunu iddia edir. Halbuki, daşınmaz əmlakın alqı-satqısına dair Yasamal RİH ilə şikayətçi arasında notarial qaydada bağlanmış 17 avqust 2018-ci il tarixli müqavilədə Nadejda Həsənova ona məxsus yaşayış sahəsinin qeydiyyat vəsiqəsinə əsasən 23.4 kv/m olduğunu öz imzası ilə təsdiq edib və bununla belə ona məxsus yaşayış sahəsinin faktiki ümumi sahəsi 33,82 kv.metr (əsas və köməkçi) qiymətləndirilərək hər bir kv/m görə 1500 manat olmaqla, həmin şəxsə 51.740,0 manat məbləğində ödəniş həyata keçirilib. Həmçinin müvafiq şərait olmadığı halda zirzəmi hissə bütün tərəflər arasında bərabər bölünərək hər bir sakinə, o cümlədən Nadejda Həsənovaya müvafiq məbləğdə ödəniş edilib”, deyə o qeyd edib
M.Piriyev həmçinin bildirib ki, müraciətdə adları çəkilən digər şəxslərdən Nağıbəyova Sara Rəsul qızına məxsus faktiki ümumi sahəsi 39,15 kv.metr (əsas və köməkçi) olmaqla 59.725,0 manat, Həsənova Sevil Ağaməmməd qızına məxsus faktiki ümumi sahəsi 55,56 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 48,7 kv.metr, açıq eyvan sahəsi 6,86 kv.metr olmaqla 76.809,0 manat, Dağlıyev Zahid Ağaxan oğluna məxsus faktiki ümumi sahəsi 43,96 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 37,10 kv.metr, açıq eyvan sahəsi 6,86 kv.metr olmaqla 59.394,0 manat, Quliyeva (Qədirova) Səadət Rövşən qızına məxsus faktiki ümumi sahəsi 45,88 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 38,90 kv.metr, açıq eyvan sahəsi 6,98 kv.metr olmaqla 62.142,0 manat, Ələsgərov Natiq Rauf oğluna məxsus faktiki ümumi sahəsi 49,68 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 42,70 kv.metr, açıq eyvan sahəsi 6,98 kv.metr olmaqla 67.842,0 manat, Dadaşova Arzu Paşa qızına məxsus faktiki ümumi sahəsi 65,31 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 62,74 kv.metr, açıq eyvan sahəsi 2,57 kv.metr olmaqla 110.426,0 manat, Muradova Cəvahir Məmməd qızına məxsus faktiki ümumi sahəsi 33,34 kv.metr (əsas və köməkçi) olmaqla 52.102,0 manat vəsait mülkiyyətçilər tərəfindən ilkin razılaşdırma protokoluna imza atılmaqla, 2018-ci ilin müvafiq dövrlərində notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinə əsasən vətəndaşlara ödənilib: “Qiymətləndirmə müstəqil qiymətləndirici şirkət tərəfindən mövcud bazar qiymətlərinə uyğun olaraq əsas və köməkçi sahələrinin 1 kv.metri 1500 manat (digər xidməti sahələr tikilinin konstruksiyasına uyğun olaraq müxtəlif qiymətlərlə) və 2 aylıq kirayə haqqı nəzərə alınmaqla hesablanıb.
Alan orqan - Yasamal RİH-nin müvafiq əmri ilə yaradılmış qrup tərəfindən layihə üzrə tikinti sahəsinə düşən tikililərin, fərdi yaşayış evlərinin sahələri, habelə həyətdə mövcud olan bütün əlavə tikililərin sahələri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə uyğun olaraq tikilinin bayır və ara divarları habelə, məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan müəyyən edilib və buna əsasən cizgilər çəkilib”.
Eyni zamanda, adıçəkilən şəxslərin Yasamal RİH-nə qarşı yuxarıda qeyd olunan əmlakların dəyərinin mübahisələndirdikləri hissəsinin ödənilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiklərini deyən Maliyyə Nazirliyinin rəsmisi 11 sentyabr 2019-cu il tarixdə nəzərdə tutulmuş məhkəmə baxışından ədalətli qərar çıxacağına ümid etdiklərini bildirib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 gün sonra
-
7 d. əvvəl
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
-
-
37 d. əvvəl
bp Özbəkistanda SOCAR-dan da pay almaqla "Şimali Üstyurd" sazişinə qoşuldu
-
54 d. əvvəl
Metrodakı köhnə vaqonlar 2042-ci ilə qədər istifadədən mərhələ ilə çıxarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
-
2 saat əvvəl
Sərnişinlər "Dərnəgül"dən "28 May"a birbaşa gələ bilməyəcəklər
-
2 saat əvvəl
Moody’s Azərbaycan dövlətinə məxsus şirkətə ilk dəfə Baa3 reytinqi verib; proqnoz müsbətdir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
Dərnəgüldən qatarla birbaşa rayonlara!
Rəsmi məzənnələr açıqlandı
Lökbatanda yerləşən anbarın 50 faizə yaxını yanıb
Ən çox oxunanlar
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
Sərnişinlər "Dərnəgül"dən "28 May"a birbaşa gələ bilməyəcəklər
Moody’s Azərbaycan dövlətinə məxsus şirkətə ilk dəfə Baa3 reytinqi verib; proqnoz müsbətdir
Tramvay geri qayıdır
Trampdan İran açıqlaması: “100 faiz əminəm”
“Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın”
İdman rəqsləri üzrə ölkə çempionatı keçirilib - VİDEO / FOTO







.jpg)









.jpg)






