Azərbaycanın ən böyük 8-ci ixracatçı şirkətinə də cərimə yazılıb
Nərimanov Rayon Məhkəməsində “Sun Food” MMC-nin cərimə edilməsi ilə bağlı protokol üzrə qərar çıxarılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən protokol yazıb.
Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Məhkəmənin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
“Sun Food” MMC qida sektorunda aparıcı şirkətlər qurupu olan “Azərsun Holdinq”ə daxil olan şirkətlərdən bidirir. Şirkət Azərbaycanın ən böyük 10 ixracatçı şirkətlərindən biridir (Ətraflı: Ən böyük ixracatçı şirkətlərin adları və ixrac məbləğləri açıqlandı)
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azərsun Holdinq” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir.
Xəbər verdiyimiz kimi, Azərbaycanın sərt valyuta qanunvericiliyi ölkəyə mallar, avadanlıqlar idxal edən sahibkarlara və şirkətlərə qarşı ciddi maliyyə sanksiyaları tətbiq etməyə əsas verir. Ətraflı: "Şirkətlər cərimələnir, məhkəmələr sübutları nəzərə almırlar"
Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
1 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
1 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 2 gün əvvəl
-
2 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
2 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ