Bakıda bu həkimlərin qəbulu daha yüksək qiymətlərədir
Azərbaycanda peşəsinin həqiqi mənada haqqını verən həkimlər az da olsa, var. Lakin bu həkimlər getdikcə əlçatmaz olur; ərzaq, geyim və digər sahələrdə olduğu kimi həkim qəbulu qiymətləri də artır. Məşhurlaşan, insanların rəğbətini qazanan həkimlərin qəbulu isə bu artım tendensiyasında daha qabarıq görünür. Belə ki, ötən il 50-60 manata olan həkimlər bu il 80-90-100 manata, 80 manata olanlar isə 120 və daha yuxarı qiymətlər elan edib.
Bakıda qəbul qiyməti yüksək olması ilə fərqlənən həkimlərin siyahısı tərtib edilib. Siyahı sosial sorğu, pasiyent rəyləri və eləcə də klinikalara birbaşa zənglərlə dəqiqləşdirilib. Beləliklə, əsasən özəl klinikalarda çalışan, qəbulu 100-150 manatı keçən həkimlərimizin ilkin siyahısını təqdim edirik. Bu siyahıya getdikcə əlavələr olacaq və oxuculara daha geniş siyahı təqdim edəcəyik.
1.Azər Fərəc – 112- 177 AZN
Fetal ulstrasonoqrafiya üzrə mütəxəssisdir. Özəl klinikada çalışır, bu məbləğə hamilənin 2 dəfə dopleri daxildir. Məbləğ birinci qəbulda ödənilir.

2. Zakir Əliyev – 150 AZN
Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru. Həm dövlət, həm özəl klinikada çalışır.

3. Uzman psixiatr İkram Rüstəmov – 120 AZN
Daha çox uşaqlarda autizm diaqnozunun təsdiqlənməsi üçün valideynlərin seçimi olur. Özəl klinikada çalışır.

4. Dermatoloq Leyla Mirzoyeva– 100 AZN

5. Mama-ginekoloq Aytən Səfərova - 100 AZN

6. Psixoloq Babək Bayramov - 100 AZN

7. Ginekoloq-cərrah Turab Canbaxışov - 95 AZN

8. Pediatr Erkin Rəhimov – 90 AZN

9. Ginekoloq Natiq Məhərrəmov – 90 AZN

Siyahını çox uzatmaq olar. Hələ ki, bir çox həkimlər 90 manat civarında qalıb. Amma qəbulu 70-80-85-90 manata olan həkimlər az deyil.
Pediatr, psixiatr və ginekoloqların 100 manata yaxınlaşan qiymətləri isə bir qədər ürəkaçan deyil. Nəzərə alsaq ki, pediatr və ginekoloqlar xəstəni əlavə olaraq analiz və müayinələrə də göndərir, məbləğ daha da artır.
Həkimlərimizin nəzərinə isə pasiyentlərdən gələn bir təklifi çatdırmaq istəyirik: Sizin bilik və elminizdən ölkəmizin aztəminatlı ailələrinin, imkansız xəstələrinin yararlanması üçün ayda 1 dəfə dövlət klinikası və ya hər hansı ictimai birlik nəzdində pulsuz və ya ucuz qəbul günü təşkil etməyinizi təklif edirik. Xaricdə belə təcrübə artıq var.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Medicina"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
-
46 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı


















