Həvəssizlik, aqressiv davranışlar... - TÜKƏNMİŞLİK SİNDROMUNUN TƏHLÜKƏLƏRİ
Ən kiçik çatışmazlıq belə gözünüzdə böyüyürsə, istirahət etsəniz belə, rahatlaşa bilmirsinizsə, burada bir, özü də böyük "əmma" var - siz "tükənmişlik" sindromundan əziyyət çəkirsiniz
Bəs məzuniyyətə çıxmadan işləmək olarmı? Belə işin keyfiyyəti necə olacaq?
Psixoloq Fərqanə Mehmanqızı açıqlamasında bildirib ki, məzuniyyətə çıxmaq təkcə bədənin dincəlməsi üçün deyil, ruhun sakitləşməsi, rahatlanması üçün də əsas şərtdir. Məzuniyyətə çıxmadan, işləməyə fasilə vermədən işləmək insanlarda tükənmişlik sindromu yarada bilər: "Tükənmişlik sindromu mənəvi və fiziki tükənmə, fərdi uğurun azalması və laqeydləşmə olaraq 3 yerə bölünür. Tükənmişlik yaşayan insanda fiziki və ruhi çökmə sezilir. Onun gördüyü işə və özünə qarşı istəyi, həvəsi itir, şübhəkar bir insana çevrilir".
Psixoloq qeyd edir ki, tükənmişlik sindromu 4 mərəhələdə baş verir.
Birinci mərhələdə şəxs ağır iş yükü, həddən artıq streslə mübarizə aparmağa çalışır. Bir müddət sonra işi şəxsi ehtiyaclarını üstələyir və şəxs öz ehtiyaclarına önəm vermədən yaşamağa çalışır.
İkinci mərhələdə yorğunluq xronikiləşir. Yuxusuzluq, baş ağrıları başlayır. Fiziki və mənəvi tükənmə başlayır.
Üçüncü mərhələdə isə işə qarşı laqeydlik, marağın olmaması, özünü işə aid etməmə hissləri yaranır. İnsanlara qarşı aqressiv davranışlar işin keyfiyyətini aşağı salır.
Sonuncu mərhələdə əzələ ağrıları, başgicəllənmə, yuxu problemləri, həddən artıq yorğunluq, çarəsizlik, nifrət və s. psixoloji problemlər müşahidə edilməyə başlayır.
Yorğunluq ağırlaşır. Ən kiçik çatışmazlıq belə gözdə böyüyür. Şəxs istirahət etsə belə, rahatlaşa bilmir.
Zamanla bu çatışmazlıqlar xronikiləşir və mənəvi tükənməyə səbəb olur.
Mənəvi tükənmə yaşayan insan özünün və yaxınlarının problemlərini həll edə bilmir və insanlarla münasibətini minimuma endirir.
"Bəzi sualları özünüzə verərək, tükənmişlik sindromu yaşayıb-yaşamadığınızı müəyyən edə bilərsiniz. Məsələn, "İşinizə görə mənəvi olaraq tükəndiyinizi hiss edirsinizmi?", "Səhərlər oyanan zaman yeni günə başlamaq üçün enerjinizin olmadığını və yorğun olduğunuzu hiss edirsinizmi?", "İşinizə həvəsiniz azalıbmı?" Bu suallara cavabınız müsbətdirsə, deməli, artıq tükənmişlik sindromu yaşayırsınız", - deyə psixoloq əlavə edib.
Tükənmişlik sindromu həddən artıq yorğunluq, depressiya, alkoqolizm, ürək xəstəlikləri, piylənmə, immun sisteminin çökməsi və s. kimi ciddi problemlərə səbəb ola bilər. F. Mehmanqızı vurğulayıb ki, bu problemlə qarşılaşmamaq üçün işə heç olmasa 1-2 gün fasilə verib, istirahət etmək lazımdır: "Tətil üçün çox pul xərcləməyə ehtiyac yoxdur. Sadəcə 1-2 gün işə fasilə verin. Həyatınızı dəyişdirin. Unutmayın, həyat qısadır".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Sputnik Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu


















.jpg)



.jpg)
