AccessBank-ın müştərisi: "İlk dəfə lotereyada qalib oldum" - MÜSAHİBƏ
® Xəbər verdiyimiz kimi, sentyabrın 16-da AccessBank "Pulu gətir, Polo götür" kampaniyası çərçivəsində keçirilən lotereyanın qaliblərini müəyyənləşdirdi. Belə ki, 1 müştəri "Volkswagen Polo", 9 müştəri isə balansında 500 manat olan MasterCard Black Edition ödəniş kartına sahib oldu. Artıq avtomobilin açarları Natavan Babayevaya təqdim olunub. Yeri gəlmişkən, Natavan xanımın sürücülük vəsiqəsi də var, özü də olduqca təcrübəli sürücüdür. Di gəl ki, şəxsi avtomobili yox idi. Artıq var… Lotereyanın qalibi ilə səmimi müsahibəni sizə təqdim edirik:
- Natavan xanım, əvvəla sizi təbrik edirik! Qalib olduğunuzu necə öyrəndiniz?
- Bankın əməkdaşları zəng edərək muştuluqladı. Açığı, birinci elə bildim ki, kimsə mənimlə zarafat edir və inanmadım. Hətta dəstəyi də asmaq istədim. Sevincdən dilim tutuldu… Amma yenə də inanmadım. Zəng etdim müştərisi olduğum AccessBank-ın "Binəqədi" filialına. Filialın əməkdaşı təsdiqlədi ki, qalib mənəm və bundan sonra inandım.
- İlk olaraq sevincinizi kiminlə paylaşdınız?
- Həmin an həyat yoldaşım yanımda idi və o da inanmadı. Ardınca ailə üzvlərimə dedim. Bu hissləri sözlə ifadə etmək çətindir.
- İndiyədək hansısa lotereyada qalib olmusunuz?
- Xeyr, ilk uduşumdur. "Gec olar, güc olar" buna deyiblər. Çox lotereyada iştirak etmişəm, amma heç birində bircə qəpik belə udmamışam.
- Siz kampaniya barədə haradan xəbər tutmuşdunuz?
- Mən uzun illərdir AccessBank-ın müştərisiyəm. "Binəqədi" filialının əməkdaşları ilə münasibətlərimiz olduqca yaxşıdır. Bir neçə ay bundan öncə növbəti dəfə AccessBank-a gələndə "Binəqədi" filialının əməkdaşları mənə dedi ki, yeni kampaniya keçirilir və kampaniya çərçivəsində lotereya oynanılacaq, əsas uduş isə avtomobildir. İndiyədək lotereyalarda bəxti gətirməyən adam kimi dedim ki, mən nəinki avtomobili, heç o biri hədiyyələri (MasterCard Black Edition) qazanacağıma da inanmıram. Bu gün isə əlimdə açar sizinlə sevincimi paylaşıram. İnanın mənə, cəmiyyətdə lotereyalara inamsızlıq var. Bu gün siz bu inamsızlığı yox etdiniz! Uzun illər sizin müştəriniz olaraq bilirəm ki, AccessBank şəffaf bankdır və bu lotereyanın da həmin prinsiplər əsasında keçirildiyinə tam əminəm.
- Uduşdan öncə ailədə avtomobiliniz var idi?
- Bəli, həyat yoldaşımın avtomobili var…
- İndi isə keçək əsas məsələyə. Sürücülük vəsiqəniz var?
- Sürücülük vəsiqəm var və kifayət qədər səliqəli sürücüyəm. Ən azından, ətrafdakılar belə deyir.
- Sonda AccessBank-a və lotereyada iştirak edən müştərilərə olan ürək sözlərinizi eşitmək xoş olardı.
- Eşitdiyimə görə, lotereyada iştirak edən müştərilər bir ağızdan bu sözləri deyib: "Maşını udan xeyrini görsün!" Məncə bundan gözəl arzu ola bilməz və mən həmin insanlara həyatda hər şeyin ürəyincə olmasını arzulayıram. Bunun adı üstündədir - lotereya! Lotereya bəxtə bağlı olan şeydir. Mən hər zaman lotereyalarda qalib olanlara görə sevinmişəm. Bu gün isə AccessBank məni sevindirdi. Onu da bilirəm ki, AccessBank müştərilərini tez-tez müxtəlif kampaniya və lotereyalarla sevindirməyi bacarır. Bəlkə də növbəti lotereyanın qalibi siz olacaqsınız!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 10 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























.jpg)



