Rövnəq Abdullayev "qoyulan sərmayələrin Azərbaycana qayıtması şərti ilə" danışıqlar aparıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“Marja”nın SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və SOCAR-ın bölgədə başlıca enerji təchizatçısı olduğu qeyd edilib, Gürcüstana qaz tədarükü ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan və SOCAR-ın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, “Şahdəniz-2” kimi layihələrin regional və qlobal əhəmiyyəti vurğulanıb, bu layihələrin sona yaxınlaşmasından və uğurlu təcrübəsindən bəhs edilib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri N. Turnava SOCAR-ın Gürcüstanda qazpaylama şəbəkəsinin operatoru kimi uğurlu fəaliyyətindən ətraflı söz açıb, əməkdaşlığın perspektivlərindən danışıb.
Görüşdə Gürcüstan hökumətinin müəyyən etdiyi bazar şərtləri çərçivəsində SOCAR-ın bu ölkədə dayanıqlı fəaliyyətinin təmin olunması, qoyulan sərmayələrin dəyərinin Azərbaycana qayıtması şərti ilə qarşılıqlı faydalı, optimal və effektli tərəfdaşlıq düsturu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, SOCAR Gürcüstan bazarında 2006-cı ildən birbaşa fəaliyyət göstərir. Həmin il neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə alınmış Kulevi Neft Terminalı və limanı əməliyyat fəaliyyətinə 2008-ci ildə başlayıb. İndiyədək terminaldan 23 milyon tondan artıq neft və neft məhsulu ötürülüb.
Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Georgia Petroleum” MMC 113 yanacaqdoldurma məntəqəsinə, 16 xidmət mərkəzinə və 5 neft terminalına malikdir. Hazırda şirkətdə təxminən 1 500 işçi çalışır. “SOCAR Georgia Gas” MMC Gürcüstan regionlarına təbii qazın tədarükü və paylanmasını həyata keçirir və yerli qaz şəbəkəsini idarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 gün əvvəl
Beynəlxalq kredit reytinq agentliyi Türkiyənin kredit reytinqini yüksəltdi
-
1 gün əvvəl
İşçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi - Azərbaycanda
-
1 gün əvvəl
Umico-nun gəlirləri 3 dəfədən çox artıb, lakin zərərdən çıxa bilməyib
- 1 gün əvvəl
-
2 gün əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
2 gün əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 2 gün əvvəl
-
2 gün əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
2 gün əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ