Texniki baxış rüsumunun 10 manat artırılmasının səbəbi açıqlanıb
"Ən başlıcası texniki baxışı operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında təşkil etməklə vətəndaş məmnunluğunun təmin olunmasıdır".
“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması planlaşdırılır. Belə olacağı təqdirdə, bu sahədə vətəndaşlarımızı hansı yeniliklər gözləyir?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bununla bağlı şərh verib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırda Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülür ki, bunlardan biri də avtonəqliyyat vasitələrinə texniki baxış sisteminin təkmilləşdirilməsidir:
“Bu sahədəki yeniliyin əsas məqsədi istismara yararsız, nasaz vəziyyətdə olan avtomobillərin iştirakı ilə baş verən qəzaların sayının minimallaşdırılması, ətraf mühiti çirkləndirmə səviyyəsinin aşağı salınması və bir sıra hallarda nəqliyyat vasitələri sahiblərinin narazılığına səbəb olmuş neqativ halların aradan qaldırılmasıdır. Eyni zamanda nəqliyyat vasitələrinin yanacaq sərfiyyatının, akustik səs effektinin azaldılması və baxımlı nəqliyyat vasitələrinə nail olunması, daha keyfiyyətli avtomobil parkının yaradılması hədəflənir. Ən başlıcası texniki baxışı operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında təşkil etməklə vətəndaş məmnunluğunun təmin olunmasıdır. O ki, qaldı texniki baxış üçün nəzərdə tutulan dövlət rüsumuna, qeyd edim ki, təklif olunan 30 manat və ya 17 ABŞ dollarına bərabər olan bu rüsum bir sıra dövlətlərdəki analoji məbləğlərlə müqayisədə xeyli aşağıdır. Məsələn, Avropa ölkələrində texniki baxış üçün rüsum, təxminən, 150, qonşu Gürcüstanda isə hətta 20 ABŞ dollarıdır. Müasir avadanlıqlar və müayinə sistemləri ilə təchiz edilmiş yeni Texniki Baxış Mərkəzləri üçün planlaşdırdığımız tədbirlər sırasında bu qurumlarda vətəndaş axınının idarə olunması, onları qarşılama, dinləmə, izah etmə, bir sözlə vətəndaş məmnunluğuna xidmət edəcək digər vacib məsələlərin həlli də nəzərdə tutulub”.
Qeyd edək ki, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumunun artırılması "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.
Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.
Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.
Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)




