Sahibi olmayan binalara qaz çəkilir
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbul prosesi sürətləndirilib. “Azəriqaz” İB tərəfindən bu ilin sentyabr ayının birinə olan məlumata görə, 209 bina üzrə 13 274, təkcə avqust ayında isə 54 bina üzrə 1488 mənzilə qazın verilməsi təmin olunub.
“Azəriqaz”ın yaydığı məlumatda bildirilir ki, sahibləri həbs edilmiş və ya sahibləri olmayan 6 yaşayış binası qazla təmin edilib:
“Bu ilin may ayında isə istintaq zamanı sahibləri həbs edilmiş və ya sahibləri olmayan Mənzil Tikinti Kooperativlərinə (MTK) məxsus bir neçə yaşayış binasının təbii qazla təmin edilməsi üçün Prezident Administrasiyasından “Azəriqaz” İB-yə tövsiyyələr daxil olub. Araşdırma ilə Xətai rayonunda “Elm İstehsalat Birliyi Texnologiyalar” binası, Abşeron rayonunda “Fuad MTK”, Xətai rayonunda “Amil MTK”, “Yüksəliş MTK”, “Sahil-D MTK”, Yasamal rayonunda “Yeni Yasamal MTK”-da qaz təminatı üzrə işlərin yarımçıq qaldığı məlum olub. Bəzi hallarda binadakı mənzillərin hamısında, bəzilərində isə bir qismində sayğaclar qoyulmamışdı. Bir binada isə ümumiyyətlə qazlaşmaya dair heç bir iş görülməmişdi. SOCAR rəhbərliyinin tapşırığı ilə bu ilin iyul ayından “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi sahibləri həbs olunmuş və ya sahibləri olmayan MTK-lara məxsus yaşayış binalarının mənzillərinin qazlaşdırılmasını icra etməyə başlayıb. Ümumilikdə 816 mənzildən artıq 639 mənzil qazlaşdırılıb. Bu günədək 4 binada iş yekunlaşıb. Lakin bəzən mübahisəli mənzillərin (yəni bir mənzilin bir neçə adama satılması) qapısının bağlı olması işin gedişatına öz təsirini göstərir. Məsələn, ən az halda 6, ən çox halda isə 107 mənzilin qapısı bağlı olan binalar mövcuddur. Bu mənzillərin bir çoxunun sahibi Azərbaycanda deyil, ölkədən kənarda (əksəriyyəti Rusiya Federasiyasında) yaşıyır. Bir sözlə, qapısı bağlı 187 mənzil hələ ki, qazlaşmadan kənarda qalıb. 6 binadan birinə - Xətai rayonundakı “Yüksəliş MTK”-ya qaz verilib, abonentlər sayğacların kartları ilə təmin olunublar. Yerdə qalanların isə qaz verilişi üçün texniki-icra sənədləri hazırlanıb, baxılma mərhələsindədir. Onu da qeyd edək ki, qaz xətlərinin çəkilişi, sayğacların və 2 növ (qaz sızması və dəm qazı) detektorların quraşdırılması da daxil olmaqla bütün işlər dövlət hesabına görülür”.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
8 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
8 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
9 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
9 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 9 saat əvvəl
-
9 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
9 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"







.jpg)






.jpg)







