SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider elan olunmuş ilk Azərbaycan şirkətidir
SOCAR AQŞ-yə verilən bu qiymət şirkətin BMT-nin Qlobal Sazişi və onun on korporativ sosial məsuliyyət prinsiplərini davamlı yerinə yetirdiyinin göstəricisidir
SOCAR AQŞ BMT-nin Qlobal Saziş və sosial məsuliyyət sahəsində qəbul olunmuş 10 prinsipinə uyğunlaşdırılmış biznes fəaliyyətinə əsasən Qlobal Saziş Lideri elan edilib. Bu barədə "Marja"ya SOCAR AQŞ-dən məlumat verilib.
Məlumatda qeyd edilib ki, BMT-nin Nyu Yorkda keçirilən Qlobal Saziş Liderləri həftəsində SOCAR AQŞ dünyanın aparıcı korporativ təşəbbüskarları arasında ən fəal iştirakçı kimi dəyərləndirilib, dünyanın aparıcı korporativ təşəbbüskar şirkəti seçilib.
BMT-nin Qlobal Sazişinin icraçı direktoru Layz Kinqo deyib: “Lider şirkətlər BMT-nin Qlobal Sazişi çərçivəsində yüksək səviyyədə əməkdaşlıq nümayiş etdirirlər. Bugünkü tədbirdə təqdir olunan və dayanıqlı korporativ inkişafını təkmilləşdirən şirkətlərin timsalında müxtəlif sahədə və səviyyələrdə fəaliyyət göstərən tərəfdaşların birgə əməkdaşlığına böyük ehtiyac duyulur. Biz, bu sahədə atılan addmlarla daha yaxşı dünya qurmağa nail ola bilərik”.
SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev isə bildirib: “SOCAR AQŞ BMT-nin Qlobal Sazişi üzrə lider şirkət seçilməyindən məmnunluq duyur. Şirkətimiz 2008-ci ildə fəaliyyətə başladığı gündən bəri yeni, daha məhsuldar iş yerləri açmaqla, insan kapitalının inkişafına töhfə verməklə və ətraf mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirməklə dayanıqlı inkişafa dəstək verməkdədir. BMT-nin Qlobal Sazişi üzrə Lider şirkət kimi dayanıqlı inkişaf prinsip və məqsədlərinin korporativ strategiyamızda yer alması digər şirkətlərlə əməkdaşlıq və müasir texnologiyaların tətbiqi sahəsində yeni fürsətlər yaradacaq. Qlobal Məqsədlərin tələblərinə riayət etməyimiz şirkətimizin gələcəyi üçün səciyyəvi rol oynayacaq!”
Qeyd edək ki, BMT-nin Qlobal Sazişinin Lider şirkəti təşkilatın Qlobal Sazişi qarşısındakı öhdəliyini nümayiş etdirmək üçün təşkilatın Fəaliyyət Platformalarından ən azı ikisində iştirak edən, təşkilatın 10 prinsipinə və Qlobal Məqsədlərinə uyğun olan qabaqcıl təcrübələrini müəyyənləşdirərək həyata keçirən, bu prinsiplərin reallaşdırılması ilə bağlı ətraflı hesabat təqdim edən şirkətlər arasından seçilir.
SOCAR AQŞ BMT-nin Qlobal Sazişi qarşısındakı öhdəliyini ‘’Davamlı İnkişaf Məqsədləri’’ və ‘’Beynəlxalq Təchizat Zəncirində Düzgün İş’’ fəaliyyət platformalarında iştirak etməklə nümayiş etdirib. Qlobal Sazişin hər bir fəaliyyət platforması şirkətləri, yerli Saziş şəbəkələrini, aparıcı mütəxəssisləri, vətəndaş cəmiyyətlərini, hökumətləri və BMT tərəfdaşlarını mürəkkəb və aidiyyatı məsələləri həll etməyə və Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində innovativ yanaşma sərgiləməyə dəvət edir.
SOCAR AQŞ 2018-ci ilin noyabrından etibarən BMT-nin Qlobal Sazişinə qoşulub.
Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
35 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
3 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Ən çox oxunanlar
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu





















