"Bloomberg": Avro ilə dollar bərabərləşə bilər
Fransada keçiriləcək prezident seçkilərində "Milli cəbhə"nin lideri Marin Le Pen qalib gələcəyi təqdirdə vahid Avropa valyutası ucuzlaşa bilər. "Bloomberg" agentliyinə görə, belə olacağı halda avro ilə dolların məzənnəsi bərabərləşə bilər.
Agentliyin 38 iqtisadçı arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, onlardan 23-ü avronun dollarla məzənnəsinin bərabərləşəcəyini və hətta daha aşağı düşəcəyini ehtimal edir. Ekspertlərdən 12-si məzənnənin 1,00-1,05 USD/EUR diapazonunda qalacağını proqnozlaşdırır.
Fransanın "Banque Pictet & Cie" bankının iqtisadçısı Frederik Dyukrozeyə görə, maliyyə bazarlarının reaksiyası seçkinin bu cür nəticələnməsinə çox sərt olacaq: "Belə ki, onlar avrodan imtina ssenarisinin baş tutacağına inanmırlar".
Xatırladaq ki, bugünkü çıxışında M.Le Pen "Avropa İttifaqı yox olacaq. Çünki insanlar artıq onu istəmirlər. Özündənrazı imperiyalar ölümə məhkumdur", - deyib.
Aprel-may aylarında baş tutacaq seçkilərdə qalib gələcəyi təqdirdə Le Pen avrodan imtina üçün referendum keçirəcəyini bildirib.
Qeyd edək ki, sonuncu dəfə avro ilə dolların məzənnəsi 2002-ci ildə bərabər olub.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
6 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 24 d. əvvəl
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb





























