128 milyard dollar xərcləyiblər
Çindən olan turistlər ilin birinci yarısında xaricdə 128 milyard ABŞ dolları məbləğində pul xərcləyiblər.
Bu barədə Çin Xarici Valyuta Əməliyyatları üzrə Dövlət Administrasiyasının hesabatında qeyd olunur.
Çinli turistlər bu vəsaitin təxminən yarısını (54 faiz) Asiya ölkələrində xərcləyiblər. Ümumi vəsaitin 24 faizi Amerika qitəsi ölkələrində, 13 faizi isə Avropada xərclənib.
Hesabatda qeyd olunur ki, Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün əhatə etdiyi ölkələrlə iqtisadi əlaqələrinin genişlənməsi həmin dövlətlərə səfər edən çinli turistlərin sayının artmasına səbəb olub. Hesabat dövründə çinli turistlər "Bir kəmər, bir yol" ölkələrində 14,9 milyard dollar pul xərcləyiblər.
Administrasiyanın hesabatına əsasən, çinli turistlər xaricdə əsasən bank kartları və mobil cihazlar vasitəsilə ödənişlər ediblər. Mobil cihazlar vasitəsilə ödənişlər ötən illə müqayisədə iki dəfə çoxalıb.
Qeyd edək ki, Dünya Turizm Təşkilatının proqnozlarına görə 2030-cu ilədək turistlərin sayı 1,8 milyard nəfərə çatacaq. Çin dünyanın ən sürətlə inkişaf edən turizm bazarı olaraq, qlobal turizm sektorunun inkişafında əsas rolu oynayır. Son bir neçə ildir xaricə turizm səfərlərinin sayına görə çinlilər dünyada birinci yeri tutur. Qlobal turizm gəlirinin təxminən 15 faizi çinli turistlər tərəfindən təmin edilir. Çinin Milli Turizm Administrasiyasının məlumatına əsasən, ötən il Çindən xaricə təxminən 150 milyon turist səfəri qeydə alınıb.
Son illər Çindən Azərbaycana turist səfərlərinin sayında da böyük artım müşahidə olunur. Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa hava nəqliyyatı əlaqəsinin olması, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, “Asan Viza” sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib. Bundan başqa, ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə ötən ilin dekabr ayından etibarən Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Cari ilin martında isə Pekində “Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında” Anlaşma Memorandumu imzalanıb. Bunun nəticəsidir ki, ölkəmizə səfər edən çinlilərin sayında ciddi artım müşahidə olunur. Ötən il Çindən Azərbaycana 13 min nəfər səfər edibsə, cari ilin 8 ayında bu say 17 min nəfər təşkil edib.
Ölkəmizin turizm potensialının Çində tanıdılması və daha çox çinli turistin cəlb olunması istiqamətində Azərbaycan Turizm Bürosunun Çinin tanınmış onlayn səyahət platformaları - 300 milyondan çox istifadəçiyə xidmət göstərən "Ctrip.com" və 100 milyondan çox istifadəçisi olan "Qyer.com" ilə əməkdaşlığını da qeyd etmək lazımdır. Sentyabrın 23-də Pekində "Azerbaijan-China Roadshow on Travel Trade" adlı tədbir çərçivəsində Büro ilə bu iki şirkət arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
13 d. əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
33 d. əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
-
39 d. əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib






















