"Youtube"un direktoru azərbaycanlı gəncə məktub göndərib
Yutubun (Youtube) İcraçı direktoru (CEO-su) Susan Voyçiski azərbaycanlı gəncə təbrik məktubu göndərib.
Söhbət maarifləndirici ZehinX, ОпытХ, ZihinX, SabioX kimi məşhur yutub kanallarının yaradıcısı Fuad Əliyevdən gedir.
Belə ki, gənc marketoloqun yaratdığı ОпытХ kanalı 1 milyon abonəçi toplayıb. CEO ona ünvanladığı məktubda uğurlar arzulayıb:
“Sizin gördüyünüz işlə qürur duyuruq. Ümid edirik ki, hörmətimizin əlaməti olan Gold Creator Award-ı (Qızıl yaradıcı mükafatı) qəbul edərsiz. Növbəti mərhələ kimi 10 milyon izləyici toplamağınızı səbirsizliklə gözləyirik.
Siz bizi heyrətləndirdiz! Belə davam edin, böyük arzularla yaşayın və yaradın. Bizim etdiyimiz hər şey üçün ilham mənbəyisiz”.
Fuad Əliyev açıqlamasında bildirib ki, hazırda İrlandiyanın paytaxtı Dublində yaşayır və Digital Marketing ve Data Analysis sahəsində fəaliyyət göstərən şirkəti var:
“Eyni zamanda da hobbi kimi bu kanalları başlamışam. Ən birinci azərbaycanca olan ZehinX kanalını, sonra isə tərcümələri kimi olan ОпытХ (rusca), ZihinX (türkcə), SabioX (ispanca) kanallarını açmışam. Kanallarımın ardıcıl olaraq azərbaycanca 96 min, rusca 1 milyon 30 min, türkcə 310 min, ispanca isə 135 min abonəçisi var”.
Qeyd edək ki, Fuad Əliyev Dövlət İdarəçilik Akademiyasında Hüquq üzrə təhsilini tamamladıqdan sonra EF San Francisco-da ön-MBA təhsili alıb, daha sonra UCD Michael Smurfit Graduate Business School-da Marketinq üzrə magistr təhsilinə yiyələnib.

© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
11 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)







.jpg)
