"Bank of Baku" restrukturizasiya etdiyi problemli kreditlərin məbləğini açıqladı
Ölkənin aparıcı banklarından olan "Bank of Baku", “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında fərmana əsasən, 15.05.2019-cu il tarixindən etibarən problemli kreditlərin restrukturizasiyası prosesinə başlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, qeyd olunan tarixdən bu günədək "Bank of Baku"da 25.000 nəfərdən çox müştərinin vaxtı keçmiş kredit borcları üzrə ümumilikdə 57 milyon manatdan çox vəsait restrukturizasiya edilmişdir. Bu restrukturizasiya portfelinin məbləğ üzrə təqribən 50%-nin, müştəri sayı üzrə təqribən 38%-nin icra edilməsi deməkdir.
Restrukturizasiya prosesi zamanı 01.01.2012 – 28.02.2019-cu il tarixləri ərzində kredit əldə etmiş və 01.03.2019-cu il tarixinə krediti üzrə əsas məbləği 10.000 USD-dək və ya 17.000 AZN-dək olan kreditlər üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslər güzəştli şərtlərdən yararlanıblar.
Belə ki, restrukturizasiya zamanı müştərilərin kredit müqavilələri illik 1%-lə, 5 il müddətinə və KOMİSSİYASIZ şərtlərlə yenidən rəsmiləşdirilir. Yeni müqavilə şərtlərinə əsasən, müştərilər ilk 12 ayın ödənişlərindən azad olunaraq sadəcə faiz borcunu ödəyə bilərlər.
Hal-hazırda "Bank of Baku"nun 5-i region olmaqla ümumilikdə 18 filialı müştərilərinin xidmətindədir. Filial və ünvanları haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış olmaq olar: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials
Vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı sizi maraqlandıran suallara Bankın 145 Məlumat Mərkəzinə zəng edərək cavab tapa bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
24 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib






















