Azərbaycanın ən böyük Bankının mənfəətinin bölüşdürülməsinə qərar verildi - 10 illik fasilədən sonra bir ilk
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarına, təxminən, 10 illik fasilədən sonra dividend ödənilməsinə qərar verildi
11 oktyabr 2019-cu il tarixində "Ramada" otelində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
Bankdan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, yığıncaqda bankın sağlamlaşdırılması prosesinin uğurlu nəticələri, Azərbaycan Beynəlxalq Bankının mövcud durumu, yeni inkişaf mərhələsində qarşıya qoyduğu strateji hədəflər barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, həyata keçirilən sağlamlaşdırma tədbirləri nəticəsində son illərdə bankın kapital mövqeyi, maliyyə dayanıqlığı, mənfəətliliyi təmin edilib və mənfəətlə çalışan bank olaraq Azərbaycan Beynəlxalq Bankı hazırda öz səhmdarlarına dividend ödəmək imkanındadır.
Toplantıda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2018-ci ilin maliyyə hesabatı təsdiqlənib.
2018-cı ilin maliyyə nəticələrinə əsasən bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb. Hər səhm üzrə 0,0326 AZN olmaqla səhmdarlara ötən ilin mənfəətindən 150 milyon manat dividendin ödənilməsinə qərar verilib.
İclasda Azərbaycan Beynəlxalq Bankının 2019-cu ilin 9 ayı üzrə maliyyə nəticələri də açıqlanıb. Eyni zamanda, bankın səhmdarlarının ümumi yığıncağının əsasnaməsi təsdiq edilib.
Həmçinin bankın törəmə investisiya şirkətinin yaradılmasına qərar verilib.
Ümumi yığıncaqda səhmdarları maraqlandıran bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb, suallar cavablandırılıb.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
24 d. əvvəl
"Hazırda PAŞA Banlınn "yaşıl istiqraz" buraxılması ilə bağlı plan yoxdur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azvak.az-da yayımlanmış yeni iş elanları
S&P 500 rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib






















