"Türkiyə ilə müharibə etməyəcəyik, sanksiyalar gəlir"
ABŞ Prezidenti Donald Tramp sosial mediadan etdiyi açıqlamada Türkiyəyə böyük sanksiyalar tətbiq ediləcəyini bildirib. Türk Lirəsi ucuzlaşmaqda davam edir.
"Marja" xəbər verir ki, Tramp "Twitter" hesabından məsələ ilə bağlı bunları yazıb: "Kürdlər bizim daxil olmağımız üçün bəzi İŞİD xadimlərini azad edəcəklər. Bunlar Türkiyə və Avropa ölkələri tərəfindən asanlıqla yenidən tutula bilər, ancaq sürətli hərəkət etməlidirlər. Türkiyəyə böyük sanksiyalar gəlir. İnsanlar həqiqətən NATO üzvü olan Türkiyə ilə müharibəyə girməyimiz lazım olduğunu düşünürlər? Sonsuz müharibələr bitəcək".
Tramp digər "tweet"lərində isə "2 əsrdir savaşan iki tərəf arasında savaşa girməyəcəyik. Bizi Orta Şərq qarışıqlığına gətirən insanlar ilə orada olmağımızı istəyənlər eyni adamlardır" ifadəsini istifadə edib.
Trampın açıqlamasından sonra Türk Lirəsi daha da ucuzlaşıb. Bu gün səhər 5,90 səviyyəsini aşan Dollar/TL məzənnəsi 5.93 səviyyələrinə qalxıb. Lirə 1 faizə yaxın da dəyərdən düşüb.
....Kurds may be releasing some to get us involved. Easily recaptured by Turkey or European Nations from where many came, but they should move quickly. Big sanctions on Turkey coming! Do people really think we should go to war with NATO Member Turkey? Never ending wars will end!
— Donald J. Trump (@realDonaldTrump) 14 Ekim 2019
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 saat sonra
-
-
9 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
19 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
























